beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Zaman Layiq Olmayan Kəsi Sevirik...?!

Ona inanan insanların sayı günü gündən azalır. Bir çoxları onu yaşamaqdan, yaşatmaqdan çəkinir.
Daxilindəki hissi hər kəsdən, ətrafındakı hər şeydən gizləməyə çalışır. Ona olan inam, hörmət, ümid
günü-gündən azalsa belə o hiss hər kəsin daxilində vardır: Sevgi.
Lakin hər zamanmı layiq olan şəxsi sevirik?
Onun layiq olduğu sevgi, qayğı, diqqət və nəvazişi ona

veririk?

Təəssüf ki yox. “ Kaş” kəliməsini bəlkə də dəfələrlə işlətmiş oluruq. Hər gün daxilimizdəki ümid hissi
azalır, hər gün gözlədiyimizdən daha azını almış, hər an daha çox təəssüflənmiş, peşmançılıq hissi çəkmiş
oluruq. Nəhayət: “ O mənə layiq deyil” ifadəsini işlətmiş oluruq. Özünü və qarşındakı insanı bu ifadə nə
qədər incitsə belə, həqiqət olaraq qalmaqdadır.
Hər şeyin başlanğıcı gözəldir deyirlər: Sevgidə də olduğu kimi.

İlk başda bu sevgi səndə nə qədər qürur və fərəh hissi oyatsa belə, sənə nə qədər sevinc bəxş etsə belə
sonda həmin hisslərdən əsər-əlamət qalmır. Sadəcə onu unutmağa çalışırsan. Səbəb: Sənə və sənin
sevgivə layiq deyildir.

Sevirik, daha sonra bizə layiq olmadığını görürük...
Layiq olmadığını bilə-bilə özümüzü oda atırıq...
Buna baxmayaraq yenə sevməkdə davam edirik...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 36 Bölmə: Sevgi varmı?