beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HELE DE SENI SEVIREM...

Hər gecə olduğundan bir az daha möhtacam düşün... Küskünəm...amma sənə deyil;

Səni incidən bu axmaqlığıma...

Nə olursa olsun! Zamanım da məkanım da dəyişmir.

Həmişə eyni yerə aparır bütün yollar...

Sənə!...

Hələ də Səni SEVİRƏM...

Özüm seçdim sevdanı tək başıma yaşamağı.

Təkliyimin məsuliyyətini daşıyacaq qədər də ürəkli olduğumu düşünür və söyləyərdim hər kəsə qürurla.

Gecələr ağrı olardı içimə amma ürəyimdə yaşatdığım sevdamı düşündükcə içimə yayılan istilik yox edərdi bütün ağrıları...

Uzun zamandır beləyəm... ən yaxın dostum həsrət,xatırlamıram. Sanki zaman dayandı.

Bəli darıxıram və darıxmağı da sevirəm.

Çünki həsrətin içində xoşbəxtliyim,ümidlərim var.

Gedənlərin ardından kədərlənməməyi öyrəndiyim çox uzun zaman oldu amma sən tam fərqli idin.

Kimsəni sənin qədər sevməmişdim ki.Səni birinə izah etməyə çalışsam da sözlər çatmır,sözlər acizləşir...

Hələ də Səni SEVİRƏM...



Gülə bilmirəm artıq.. Ən yaxşı edə bildiyim şeyi itirdim.. Əslində əvvəl səni və sənlə birlikdə hər şeyimi itirdim.

Yanımda yoxsan. Bilirəm heç sahib ola bilmədim sənə. Olmaqda istəmədim əslində çünki həmişə yanımda olacaqdın...

Ya da mən elə sandım...

Dinlədiyim hər mahnıda,hər yağışda islanarkən, dalğaların qayalara çarpışında sən yenidən gedirsən məndən.

Mən bu ayrılışların ağrısını yaşayarkən bir gün gedə biləcəklərini düşünərək,kimsənin gəlməsinə icazə vermirəm...

Hələ də Səni SEVİRƏM...

Sənə ilk sətirlərimi yazdığımda yenə şam işığı vardı otağımda. Soyuq ağ bir

dəftərin hər şeyi xəyala çevirən səhifələrində ilk dəfə səni yaşamışdım.

İndi uzun yağışların ardından yenə şam işığıyla dolu otağımda yenə və hələ sənə yazıram.

Çünki mən hər xəyalın yox oluşunda sonra hələ də sənə dönürəm.

Ortasından qoparıldğı üçün heç bir zaman sonu gəlməyəcək günlərimizə dönüb

hələ səni axtarıram. Çünki səni hələ də SEVİRƏM....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi varmı?