beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ata Ve Qizi

Sevimli qızım,
Bu gün on yeddi yaşını bitirib, on səkkiz yaşına
çatırsan. Artıq özünə istiqamət verə biləcəyin bir
çağa gəldin deməkdir bu. Qısa bir müddət sonra
evlənəcəksən şübhəsiz. Əvvəl sənə bunu söyləmək
istəyirəm. Ağ gəlinliyinin içində, evlənəcəyin adama
doğru irəliləyərkən, üzərində daşıdığın paltarın qədər
təmiz və saf olmalısan. Səhv hərəkətlər edib və
bunun kimsə tərəfindən bilinməyəcəyini düşünsən,
yanılarsan qızım. Çünki sənin vicdanın səni
cəzalandırar və xoşbəxt ola bilmədiyin kimi, xoşbəxt
də edə bilməzsən.
Bütün həyatına təsir edəcək bu cür macəralardan
uzaq ol. Sizin yaşlarınızda ay sevgilim olsun, onunla
gəzib dolaşım və s. bu kimi davranışlar bəlkə qürur
vericidir, amma diqqət yetirməz və bu yoldaşlıq
sərhədini aşacaq olsan nə qürurun, nə də şərəfin
qalacaq. Bunu əsla unutma qızım.
Evləndikdən sonra qarşında yeni və tam fərqli bir
həyatın açıldığını görəcəksən. Bunun gözəl və
cazibədar yanları olduğu qədər, çətin və kədərli
yanları da olacaq.
Evlilikdə heç unutmamağın lazım olan əhəmiyyətli
nöqtələrdən biri, həyat yoldaşına olan bağlılığını və
onunla qürur duyduğunu tez-tez ifadə etməyindir.
Çünki ailə içindəki hüzur, mehribanlıq və xoşbəxtlik
buna bağlıdır. İşindən dönüb evə gəldiyində həyat
yoldaşını daha qapıdan girərkən gülər yüzlə
qarşılamalısan. Zaman-zaman əsəbi ola bilər. Günün
şərtləri, işdə yaşanılanlar onu belə əsəbi etmiş ola
bilər. Bax o zaman ən böyük vəzifən başlayacaq
balam. Ərinə o günü necə keçirdiyini sənə izah
edərək rahatlaması üçün fürsət hazırlamalısan. Bu
davranışın çox sevindirəcək onu. Sevildiyini bilən kişi
yoldaşını da sevər. Ailədəki vəzifələrini tam yerinə
yetirə bilməyin üçün köhnə vərdişlərindən və gənc
qızlıq xəyallarından əl çəkməyinin lazım olduğunu
əsla unutma. Əgər özündə bu gücü tapa
bilmirsənsə, əsla evlənməyə cəhd etmə. Çünki
qarşındakı adamı bədbəxt etməyə haqqın yoxdu,
balam.
Əhəmiyyətli nöqtələrdən biri də, sənin üçün qiymətli
olmayan kiçicik bir şey onun üçün son dərəcə
qiymətli ola bilər. Bax bu kiçik detallar zamanla
birləşib böyük anlaşılmazlıqlar yarada bilər
evliliyində. Ona görə bu kiçik şeyləri anında görüb
ərinin düşüncələrinə görə davranmağın lazımdır.
Unutma ki; kişilər çox tez duyğu dəyişikliklərinə
uğrayarlar. Qadın olaraq buna dözə bilməyəcəyini
hiss edə bilərsən. Hətta bu düşüncə səni üsyana
sürüyə bilər. Amma evlilik sonu olmayan bir
fədakarlıq deməkdir. Sən verdiyin müddətcə,
qarşındakı da vermək zəruriliyini duyacaq və beləcə
yuvanız dinc olduğu qədər, güclü də olacaq.
İndi xəbərdarlıqlarımın ən əhəmiyyətli yerinə gəldim.
Bu sətirləri bir çox vaxt oxuyaraq, söylədiyim şeyləri
anlamağa çalış qızım. Hələ çox gənc və
təcrübəsizsən. Buna görə də bəzi nöqtələri anlamaya
bilərsən. Məktubumu cırıb atma, əksinə əlinin altında
istədiyin an tapa biləcəyin bir yerdə saxla, qərarsızlıq
içində tərəddüd etdiyin zamanlar açıb oxuyar və
doğru yolu seçə bilərsən beləcə. Kişilər ümumiyyətlə
açıq-saçıq geyinən qadınlardan xoşlanarlar. Onlara
heyranlıqlarını isə müxtəlif şəkillərdə ifadə edərlər.
Amma bu sözlər səni açıq-saçıq geyinmə həvəsinə
salmasın. Ən böyük yanılman bu olar. Çünki heç bir
kişi arvadını başqalarının da o gözlərlə görməsini
istəməz və buna razı bilməz. Əslində maskalanmış və
kölgələnmiş bir gözəllik çox daha cazibədardır. Sən
ərinin arzularına uyğun geyin və rəftar et,
ətrafındakıların əsiri olma.
Yenə üzərində dayanmağın lazım olan əhəmiyyətli
nöqtələrdən biri də monoton qadın olaraq
görünməməyindir. Çünki eşqi bu öldürər. Bəzən
çəkingən, bəzən həyəcanlı, bəzən inadçı, bəzən aslan
kimi yırtıcı, bəzən də bir ev pişiyi qədər sakit və söz
dinlər olmalısan ki, ərin hər şeyi səndə və yuvasında
tapsın, gözü çöldə olmasın.
Sənə ən son bunları söyləmək istəyirəm, balam;
Həyatda nə əksən onu da biçərsən. Qısacası xoşbəxt
olmaq istəyirsənsə, əvvəlcə qarşındakını xoşbəxt
etməlisən.
Yolun və gələcəyin açıq olsun qızım…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Sevgi varmı?