beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xowbextik Axtariwinda

Uşaq olarken valideynlerini itirdi . 13 yaşında
tamamile yetim qaldı, nenesinin himayesine keçdi .
Nenesi ise onu böyütmek üçün minbir eziyyete
qatlanaraq çörekpulu qazandı . Onun 15 yaşı
olarken nenesi de uzun süren xestelikden vefat
etdi . O, tamamile yalnız qaldı . Tek bir ümidi
sevgilisi idi . Amma onu sevdiyini deye bilmirdi .
Çünki o varlı qızı idi .Ailesi ise onun kasıb birini
sevmesine razı ola bilmezdi . O bütün bunları yaxşı
başa düşürdü, qızın onu sevdiyini de gözel
anlayırdı, amma bu sevgini etiraf etmeye cehd ede
bilmirdi . Her şeyini itirmişdi, heyatını, azadlığını
itirmekden qorxurdu ...
Onun uşaqlığı çox çetinliklerle keçdi,yeniyetme
vaxtlarından ağır işlerde işledi, özünü dolandırmaq
üçün halal zehmetile çörekpulu qazandı . Heç kese
pisliyi deymedi, amma yene de tehqirlere meruz
qaldı . Qazandığı qepik-quruş elinden alındı .
Küçelerde döyüldü,söyüldü, amma inamını
itirmedi . Heyatını qara buludların almasına
baxmayaraq işıqlı dünyaya çıxmaq üçün zeif bir
güneş şüası axtarırdı . Axtarırdı ki, buzeif şüanı
izleyerek işıqlı geleceyin yolunu teyin etsin . Amma
buludlar oqeder sıx idi ki, o, bu şüanı tapa bilmirdi .
Herden heyatındakı çetinliklere baxaraq üzünü
göye tutub soruşurdu :
“ALLAHım, axı menim qelbimde insanlara bu qeder
sevgi ola-ola niye mene bütün bunları
yaşadırsan ?” .
Amma ses gelmirdi,o, düşünürdü ki, Tanrı da ondan
üz dönderib ...
Xoşbəxtlik axtarışında [hekayə]
İller keçdi . Amma onun başının üstündeki qara
buludlar keçmedi . Aile qurdu . Amma heyatında
xoşbextlik berqerar olmadı. Övladı oldu , sevincden
gözleri doldu . Amma heyatındakı bolşluq dolmadı .
Neidi bu boşluq ?! Bu, tenhalıqdır . Ana, ata, heyat
yoldaşı ve övladlarının itkisi . Onun dünyaya gelmiş
6 uşağından yalnız 1 oğlu sağ qalmışdı . Tek ümidi
oğlu idi . Onun üçün çox şeyler etdi, amma oğlu
onu terk etdi, gözünü yolda qoyub başqa ölkeye
köçdü . O artıq evini de satmışdı . Kiraye
qalırdı .Amma ev sahibi de ezazil adam idi . Pulu
vaxtlı vaxtında vermeyende döyürdü,eşyalarını
küçeye atırdı . Bu qeder tehqirlere baxmayaraq,
onun susmaqdan başqaelacı yox idi ...
Uşaqlıqdan axtarışa çıxan bu adam hele axtardığını
tapa bilmemişdi . Onun axtardığı tek şey, xoşbextlik
idi . Artıq ümidleri kesilmişdi . Çaresi ölmek idi . Tek
ümidi de ölmeye qalmışdı . Artıq yaşaya
bilmeyeceyini düşünüb, denize üz tutdu ...
Xoşbəxtlik axtarışında [hekayə]
Gece idi, denizden vahimeli sesler gelirdi .O bir anlıq
qorxdu, amma geriye yol yox idi . Çünki heyatı
bundan daha vahimeliidi . Udqundu . Bir addım ireli
geldi . Ayağının altında qum xışıldadı, gözleri
qaraldı . Boğazındakı düymeni açdı . Kelmeyi-
şehadetini dedi . Dünyayla vidalaşıb ireliye atıldı .
Bu zaman onun qolundan bir qadın tutdu . O
dayandı,qadına baxdı . Üzü tanış gelirdi . Ağ
saçlarını külek dağıtmış, elleri buz kimi soyumuş,
gözleri qemden alovlanan bu qadın onun sevdiyi –
uşaqlıqda sevgisini qazanacağına ümid etdiyi qız
idi . He, bu o idi . Hansı ki, ailesi razı ola bilmezdi ki,
o, kasıb birini sevsin . İllerle qelbinde gizletdiyi
sevgisini diline getirmek istedi . Amma dili söz
tutmadı . Dalğa onları vurub yıxdı,deniz çekib
apardı . Onlar sonsuz sulara qerq oldular . İllerin
arzusu gerçek oldu – onlar qovuşdular ve o,
uşaqlıqdan axtardığı xoşbextliyi tapdı.
Ne idi bu xoşbextlik ?! Ölümmü yoxsa Sevdiyi
qızmı ? ...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 310 Bölmə: Sevgi varmı?