beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internetdə Tanışlıq Hekayəsi..

Internetdə tanışlıq hekayəsi... Çox maraqli bir hekayədi...

6-cı gün. Tənhalıq.
Qız: Salam. Nə olub axı sənə? Heç olmasa arada girəndə cavab yazda. Rüfət sən yaxşısan? Heç olmasa yaz ki yaxşıyam. Narahat oluram axı.. Ufff... Nəisə. Getdim sağol.

7-ci gün. Üsyan.
Qız: Salam bircə demə ki yoxsan burda... Ey mən darıxıram axı... Aydındır səndə belə etdin... Sən də məni tərk etdin hamı kimi. Mən isə sənə inanmışdım. Özümdən çox inanmışdım. Sən məni aldatmayacağına söz vermişdin, inandırmışdın məni bu neçə gündə özünə. Səndə bu cəmiyyət tək əclaf çıxdın. Əclaf... Nəisə daha səni narahat etməyəcəm. Bu gündən sonra daha heç kimi narahat etməyəcəm. Nə də kimsə məni. Mən daha bezmişəm. ƏLVİDA...

Gecə saat 04:50... 9 mərtəbəli binanın damı güclü külək. Dizlərini qucaqlayıb damın ən kənarında oturmuş Əfsanə... Göz yaşlarında boğulan yam-yaşıl firuzə tək gözlər. Əfsanə indi kimsəsiz uçurumun kənarındadır ki indi bircə addım və o artıq bu həyatla vidalaşa bilər. Sonsuz dərəcədə nifrət bəslədiyi bu həyat. İnsanları, dövlətləri, hökumətləri, təbiətləri vəhşi insanlar həm də çox vəhşi. Onunsa düşüncələrində indi ən son Rüfətin nifrəti dolaşır. Əfsanə ayağa durdu, addım atmaq istəyirdi. Amma birdən binanın damında göyərçinləri yemləyən oğlanı gördü... Sanki oğlan Əfsanənini ölümdən xilas etmək üçün bilə bilə orda idi...

O da nədənsə ağlayırdı. Əfsanə ömrü boyu bir oğlanın belə ağladığını görməmişdi. O özünü öldürmək istəyirdi. Amma Əfsanəyə maraq və insanlıq hissi güc gəldi. O oğlana yaxınlaşdı.
Qız: Ey niyə ağlayırsan?
Oğlan: Mənim dostum ölüb…
Qız: Bəs necə olub? Nə olub ona?
Oğlan: O intihar elədi 3 gün əvvəl. Özünü bax burdan mən dayandığım yerdən atdı. Mən isə ona kömək edə bilmədim. İstədim çox istədim qoymayım bunu eləməyə. Amma çata bilmədim. O quş tək sanki qanad vurub uçmaq istəyirdi.
Qız: Bəs axı niyə? Niyə intihar?
Elinanın təəccübdən gözləri iriləmişdi... O dəhşət içində idi.
Oğlan: O bir qızı sevirdi. O qız da bu binadan idi. 4cü mərtəbədə qalırdı və o qızla təsadüfən internetdə tanış olmuşdu. Sadəcə sonda anladı ki o qız heç vaxt onun olmayacaq. Rüfət özünü öldürdü. 3 gün qabaq. Bax elə həmin bu yerdən. Mənəsə son sözləri... Onu qoru. Sevdiyi qızın yaşaması onun son arzusu idi. Mənsə o qızı heç tanımıram da. Dostumun son arzusunu da yerinə yetirə bilməyəcəm. O bu sevginin mümkünsüz olduğunu bilirdi və ona gorə də getdi. Əlvida belə demədən. O sevdiyinin xoşbəxt olmasını yaşamasını istəyirdi. Başa düşürsən? Əlvida belə demədən. Nəyə görə? Təkcə o qızın yaşaması üçün xoşbəxtliyi üçün.
Oğlan daha da bərk hönkürtü ilə ağlamağa başladı. Əfsanə dəhşət içində bütün olanlara qulaq asdı. O artıq hər şeyi anlamışdı. Onun Rüfəti özünü öldürmüşdü. Əfsanə oğlanı qucaqladı. Bir müddət susaraq onunla birlikdə ağladı. Sonra onu ayağa qaldırdı və gözlərinə baxıb dedi.
Qız: Sən dostunun artıq son arzusunu yerinə yetirdin... O kimsəsiz qız artıq yaşayacaq. O Rüfətin son arzusunu yerinə yetirəcək. Nə olursa olsun bu cəmiyyətlə mübarizə aparacaq.
Əfsanə yavaş-yavaş geriyə döndü göz yaşlarını əlləri ilə silərək evə getdi....


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Sevgi varmı?