beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belke Biz Her şeyi Yeniden Başlayaq?...

Mobil telefon zeng çaldı.Oğlan telefonun ekranına baxdı.Bu onun nömresi idi.Özünü ele alaraq o telefonu açıb cavab verdi:
— Allo.
Cavab veren olmadı. Amma telefondan gelen sesden o başa düşdü ki, qız yüksek süretle maşınla gedir. Qefleten sakitliyi qızın sesi pozdu:
— Salam.
— Salam. Amma mene ele gelir ki, sene bu nömreye daha zeng etmemeyi tapşırmışdım — oğlan könülsüz halda cavab verdi.
— Bilirem, yadımdadır. Sadece zeng etdim deyim ki ,seni çox sevirem… Ve sensiz mene heç ne lazım deyil. İsteyirdim, bunları bilesen. Amma artıq bunların ne menası var ki… onun sesi birden kesildi ve oğlan başa düşdü ki, qız ağlayır.
— Sen indi hardasan?? — oğlan bunu soruşanda artıq çox narahat idi .Saata baxdı. Gece ikiye az qalırdı.
— Men yoldayam. Hele ki...
— Eve getsen yaxşı olar. Bu saatda bele veziyyetde maşın sürmeyini istemirem.
— Men ise eve getmek istemirem. Ümumiyyetle, men sensiz heç ne istemirem. Mene sensiz heç ne maraqlı gelmir. Men zeng etdim ki, senin son defe sesini eşidim ve seninle vidalaşım. Eger bu vaxta qeder ne ise sehv etmişemse meni bağışla. Özünü heç nede günahkar bilme. Eşidirsen?!
— Sen harasa gedirsen?
— Beli, gedirem. Ömürlük...
— Oğlan çarpayıdan celd ayağa qalxıb ,qışqırdı: Sen ne etmek fikrindesen? Ağlını başına topla. Eger isteyirsense biz her şeyi yeniden başlaya bilerik. İsteyirsense, indi bu deqiqe men senin yanına gelerem. Amma xahiş edirem meni tek qoyma.
Telefonda uğultu sesi eşidildi. Telefon artıq çoxdan qoyulmuşdu. Oğlan qızın nömresini yığdı. Amma cavab veren yox idi. O, çarpayıya uzanıb ağlamağa başladı. Bir az sonra o, gözlerini açıb telefonu eline götürdü. Qebul edilen zenglerin siyahısına baxdı. Amma qızın zengi yox idi.
— Belke bu zeng heç olmayıb?! Belke bunlar menim gözümün qabağına gelib?!
Oğlan celd qızın nömresini yığdı.
— Allo, — yuxulu veziyyetde qız cavab verdi.
— Seni yuxudan oyatmadım?
— Oyatdın. Amma eybi yoxdur. Ne olub? Niye mene zeng etmisen? Axı mence biz ayrılmışdıq.
— Men senden üzr isteyirem. Belke biz her şeyi yeniden başlayaq?...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Sevgi varmı?