beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecikmiw Sevgi

""Gecikmiş Sevgi""

Daha hələ 18 yaşında idi, amma həyatının sonundaydı. Müalicəsi mümkün olmayan ölümcül bir xərçəngə tutulmuş, dərd içində evə bağlanmışdı. Küçəyə çıxmırdı. Anası və bir də özü. O qədər idi bütün həyatı. Bir gün pis darıxdı, dözə bilmədi, atdı özünü küçəyə. Bir yığın vitrinin qarşısından keçdi.

Tam bir CD satan dükanı da geridə buraxmışdı ki, bir an dayandı. Geri döndü, gözünə sataşan gənc qıza bir daha baxdı. Öz yaşlarında gözəl bir gənc qız idi dəzgahdar. İlk baxışda eşq buna deyərlər sanki. İçəri girdi. Qız gülümsəyərək qaçdı ona. "Sizə necə kömək edə bilərəm" deyə soruşdu. Necə bir gülümsəməydi o. Elə burdaca sarılıb öpmək istədi qızı. Kəkələdi, neçə bəhanə sadaladı, sonra "Bəli" deyə bildi. Və təsadüfi bir CD-ni işarə etdi. "Bəli. Bu CD-ni mənə sata bilərsinizmi?"- deyə soruşdu. Qız CD-ni götürdü, içəri getdi. Az sonra CD paket edilmiş şəkildə geri gəldi. Paketi aldı, dükandan çıxdı, evinə qayıtdı, açmadan şkafa atdı. Ertəsi səhər yenə getdi eyni dükana. Yenə bir CD göstərdi qıza, sardırdı, götürüb evə gətirdi, yenə paketi açmadan atdı şkafa. Günlər həmişə alınıb sardırılan CD-lərlə keçdi. Qıza ürəyini açmağa heç cür cəsarət edə bilmirdi. Anasına ürəyini açdı sonunda. Anası "Get danış oğlum, nə var bunda"-dedi.

Ertəsi səhər bütün cəsarətini yığdı. Erkəndən dükana getdi, bir CD seçdi. Qız gülərək götürdü CD-ni. Arxaya getdi, paketləməyə. Qız içəridəykən bir kağıza "Sizinlə bir gecə gəzə bilərəmmi"-deyə yazdı və altına telefon nömrəsini əlavə etdi, notu kassanın yanına qoydu gizlicə. Sonra paketini alıb qaçdı yenə dükandan. İki gün sonra evin telefonu çaldı. Anası açdı telefonu. CD dükanındakı dəzgahdar qız idi zəng edən. Cavan oğlanı istədi. Notunu yeni tapmışdı. Ana ağlayırdı. "Eşitmədinizmi, dünən itirdik oğlumu" - dedi.
Cənazədən bir neçə gün sonra, ana oğlunun otağına girə bildi sonunda. Ətrafı səliqəyə salmalı idi. Şkafı açdı. Oraya atılmış bir yığın açılmamış paket gördü. Paketleri götürdü, oğlunun yatağına oturdu və onlardan birini açdı. İçində bir CD var idi, bir də kiçik not: "Salam. Sizi elə şirin gördüm ki. Daha yaxından tanımaq istəyirəm. Bir axşam birlikdə gəzmək istərdim. Sevgilərlə Jacelyn!" Ana bir paketi daha açdı. Onda da bir CD və kiçik bir not var idi. "Siz həqiqətən çox şirin birisiniz, məni bu gecə dəvət edin, artıq. Sevgilərlə Jacelyn!"


Unutmayın !
Düşündüyünüz fikri mütləq deyin. Birini sevirsinizsə, deyin ona. Ürəklərinizdəkini söyləməkdən çəkinməyin. Biri haqqında nə hiss edirsinizsə söyləyin ona. Və dərhal söyləyin. Dərhal! Çünki, doğru zamanı gözləyər və
"Bax indi tam zamanı" desəniz belə, bir baxarsınız çox gec olmuş. Gününüzə sahib olun ki, peşmanlıqlar yaşamayasınız. Həyatda yaşamağa dəyər verən şey sevgidir.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?