beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Terli Terli Su Icme

Anam deyərdi ki: "Tərli tərli su içmə." Mutleq oxuyun...

Əsəbləşirdim ona
Oyunun ən şirin yerində
Bu müdaxilə niyə axı?
Xəstələnincə anlardım ki!
Anam haqlıymış.

Anam deyərdi ki: ''Heç bir yerə gecikmə"

Narahat olar sonra gözləyən
Gedənin dönməsini gözləyərkən anladım ki !
Anam haqlıymış.

Anam deyərdi ki: "Otağını dağıtma."

Onun dediyini etmiyib
Hər gün sabah yığaram deyərkən
Həyatımı dağıtdığımda anladım ki !
Anam haqlıymış.

Anam deyərdi ki: "Hirsində kasıb ol, sevgində varlı."

Əhəmiyyət verməzdim bu sözə baxışlarımla
Qırdığım ürəkləri düzəldə bilmədiyimdə anladım ki !
Anam haqlıymış.

Anam deyərdi ki: "Özün üçün yaşama həyatda."

Eqoizm yaxşı şey deyil
Sevməz səni heç kim!
Gülüb keçərdim bu sözə də
Tək qalmağa başlayınca anladım ki !
Anam haqlıymış.

Anam deyərdi ki: "Gəncliyinin qiymətini bil, qayıtmaz bir daha."

Fikir vermədən keçərdim bu sözə
Üzümdəki qırışlar
Saçımdakı ağlar çoxaldığca anladım ki !
Anam haqlıymış.

Anam deyərdi ki: "Həyatda bir hədəfin olsun və onu qazana qədər çalış."

Deməy asandı, etmək çətin deyərdim ona
Həyatımı göz önündən keçirib
Davamlı edə bilmədiklərim ağılıma gəldiyində anladım ki !


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi varmı?