beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENSIZ DARIXIRAM....

Mən sənsiz darıxıram, hətta çox darıxıram. Həmişə arzularımda təsəvvür edirəm. Və sənə elə bil deyirəm: Sənsiz bircə gün dözə bilmirəm. Mən sənin üçün darıxıram, hətta çox darıxıram.Ancaq səninlə yuxularımda qarşılaşıram,lakin şirin yuxular səhərlər məni tərk edir. Bununlada səndə məni tərk etmiş olursan.Yenə mən darıxıram, hətta çox darıxıram, bütün suallarıma özüm özümə cavab verirəm. Lakin bütün baş verənləri qəbul edib, hər şeyə görə öz taleyimi lənətləyirəm.

Mən sənin üçün çox darıxıram. Astaca söyləyirəm: Mən səni sevirəm

Gecələr uzaqlardan sənin səsini eşidirəm,axı sən niyə mənimlə deyilsən?

Axı nəyə görə mənim qismətimdə yoxsan?

Artıq..artıq hava işıqlanır, səhərə qədər yata bilmədim.Mənim sənə ehtiyacım olduğunu anladım və sən.... sən.... mənim həyatım.... mənim taleyim.

Mən çarəsizcə tənhayam, yaşamağın da sənsiz bir mənası yoxdur.

Uzun müddətdir sənsizəm. Sənsiz qaldığım müddətcə, ağladım, sızladım, göz yaşlarımda sən vardın.

Mən elə sənin üçün darıxmışam ki, gözləməkdən ürək də tir-tir əsir.

Qəlbim sənsiz əzab əziyyətdə, zamanda elə bil qəsdən tələsmir.

Bax dayanmışam- sakitcə ağlayıram, sənsiz keçən günlərimə görə özümə acıyıram.

P.S Bəs sizin darıxdığınız biri varmı?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 144 Bölmə: Sevgi varmı?