beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Iki Xeste Ve Divar

iki xeste ve qara divarlar....

Xestexanada eyni palatada iki ağır xeste yatırdı. Bunların birinin çarpayısı pencerenin önünde, digeri ise qapının yanında idi. Qapının yanında yatan, bir gün pencerenin önünde yatandan, çölde ne gördüyü soruşur. İkinci xeste, sanki canlanır:
-OOOO! – hevesle ikinci xeste seslendi. – Men heyvanlara, müxtelif eşyalara benzer buludlar görürem semada, çay görürem, meşelik görürem.
Her gün pencere önünde yatan xeste digerine pencereden çölde ne baş verdiyini danışırdı. O, çayda balıq tutanlardan, el-ele tutub gezen sevgililerden, oynayan uşaqlardan danışırdı.
Qapının yanında yatan xeste bütün bu nağıl kimi gözelliklere qulaq asır ve öz özlüyünde fikirleşirdi: “Bu haqsızlıqdır. Niye onu pencere qarşısında yatızdırırlar, meni ise bu cansıxıcı qapıya baxmağa vadar edirler?!”
Günlerin bir günü, pencere önüdne yatan xeste, öskürmeye, boğulmağa başladı. Her iki çarpayının başında, tibb bacılarını çağırmaq üçün zeng düymesi var idi. Ne qeder etdise, elini zenge uzada bilmedi. Qapının yanında yatan ise bu hadiseye baxaraq, öz çarpayısının başındakı zeng düymesine el bele uzatmadı. Pencere qarşısında yatan xeste, boğazını tutub, boğuldu ve öldü.
Rehmete gedenin palatadan çıxardanda, qapı qarşısında yatan xeste tibb bacısından xahiş etdi ki, onun yerini pencere qarşısına keçirsinler. Bu onun çoxdankı arzusu idi, ele bu sebebden o palata yoldaşı boğularken çağırış düymesini basmamışdı, kömeye heç kimi çağırmamışdı.
Ancaq… yerini pencere qarşısına keçirenden sonra,o çöle boylandı. Hele otaqdan çıxmayan tibb bacısına çox titrek ses ile dedi.
- Axı bu nece ola biler. Burada yatan, ölmemişden qabaq mene her gün çölde çay, meşelik, buludlar gördüyünü deyirdi. Men ise indi baxıram ki, pencereden baxanda xestexananın sqara divarlarından başqa heç ne görünmür! Bu nece ola bilerrrrrr?
Tibb bacısı başını bulayaraq:
- Sizin palata yoldaşınız heç ne göre bilmezdi. O kor idi!!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Sevgi varmı?