beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Insanin Dunyada Iz Qoyub Gedeceyi Yalniz Sevgisi O

Insanin dunya da iz qoyub gedeceyi yalniz sevgisi olacaq

Bir gun bir balaca qız, anasıyla gedərkən birdən dayandı. Yağış damlacıqlarıya islanan gözlüyünü çıxardaraq baxdığı şey, atasıyla birlikdə velosipeddə gedən bir başqa qız uşağı idi.arxa tərəfindəki döşək üzərinə oturan qız, düşməmək üçün atasına möhkəm-möhkəm sarılmış və soyuqdan qizaran yanaqlarını onun kürəyinə söykəmişdi. Adamın hərdənbir dönərək söylədiyi sözlər, kiçik qızı güldürürdü.
Səkidəki qız velosipedin arxasından baxarkən, anası vəziyyəti fərq edib:
-Evdəkilər çatmırmış kimi gözün hələ velosipedlərdə. Amma əgər bəyəndinsə, atan ondan da alar.
Kiçik qız, yumşaq bir səslə:
-Velosiped deyil qıza baxmışdım, dedi. Atası o vəziyyətdə belə özüylə söhbət edir də…
Anası, kiçik qızı eşitməmiş kimi idi. Onun kürklərlə çevrili şapkasını düzəldərkən:
-Yoldaşların, bu havada belə məktəbə gedərək gəlir, dedi. Halbuki atan, işə gedərkən də olsa, bir neçə dəqiqəsini ayırıb səni mersedesiylə gətirir.
Qızın gözü yenə velosipeddə idi. Qadın lağ bir ifadəylə:
-İstəsən atan da səni velosipedlə gətirsin, deyə davam etdi. Nə də gözəl yaraşar, elə deyilmi?
Kiçik qız, inci dənələri kimi süzülən gözyaşlarını anasından saxlamağa çalışarkən:
-Çox istəyərdim, deyə cavab verdi. Bəlkə də eləliklə, atama sarılardım…


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 33 Bölmə: Sevgi varmı?