beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yixmaq Yaralamaq Ucun Tenqia Aciz Insanlarin Iwidi

‎''Yıxmaq, yaralamaq üçün tənqid etmək aciz və bacarıqsız insanların işidir.''

Rənglərin ustası olaraq xatırlanan böyük bir rəssamın şagirdi təhsilini tamamlamış. Böyük usta şagirdini yola salarkən, etdiyi rəsmi şəhərin ən sıxlıq meydanına qoymasını və yanına da qırmızı bir qələm buraxmasını, heqiqeten bəyənmədikləri yerlərə vurma qoymalarını xahiş edən bir yazı ilişdirməsini istəmiş. Şagird bir neçə gün sonra şəkilə baxmağa getdiyində şəkilin vurma işarələri ilə dolu olduğunu görmüş. Kədərlə ustasına getmiş. Usta rəssam şagirdinə, kədərlənməməsini və yenidən şəkilə davam etməsini təklif etmiş. Şagird rəsmi yenidən etmiş. Usta, yenə rəsmi şəhərin ən sıxlıq meydanına buraxmasını istəmiş. Lakin bu dəfə şəkilin yanına bir palitra dolusu müxtəlif rənglərdə boya ilə bir neçə fırça qoymasını və yanına da insanlardan bəyənmədikləri yerləri düzəltmələrini xahiş edən bir yazı buraxmasını təklif etmiş. Şagird deyiləni etmiş. Bir neçə gün sonra baxmış ki şəkilinə heç toxunulmamış. Sevinclə ustasına qaçmış. Usta rəssam, şagirdinə belə demiş; "İlk evvelinde insanlara fürsət verildiyində nə qədər mərhəmətsiz bir tənqid ilə qarşılaşa biləcəyini gördün. Həyatında şəkil etməmiş insan bele gəlib sənin şəkilini qaraladı. İkincisində onlardan quruluşçu olmalarını istədin. Quruluşçu olmaq təhsil tələb edir. Heç kim bilmədiyi bir mövzunu düzəltməyə cəsarət edə bilmədi. Əməyinin qarşılığını, sənin nə etdiyindən xəbəri olmayan insanlardan götürə bilməzsən. Hec vaxt əməyini bilməyənlərə təqdim etmə və əsla bilməyənlə mübahisə etme."........................​.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Sevgi varmı?