beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEN AXI UNUTDUN...

Bir yerdə olanda mənə gözəl sözlər deyirdin.Gecələr sms lərdə,zənglərdə bir birimizi ezizləyib şirin yuxular arzulayırdıq və ancaq sonra yuxuya gedib səhərin açılmasını gözləyirdik.Səhər açılan kimi sms leşırdık sağollaşıb günorta yenədə salamlaşıb danışırdıq.Günlərimiz belə keçirdi...
Ayrıldıq...ayrılanda dedinki dost qalaq razılaşdım,amma mən nə bilirdimki özümən çox sevdiyine "DOST" demək olduqca çətindi.Sən mənə hər dost dedikcə ürəyim sızlayırdı.Sanki ürəyimə nəsə əzab verirdi.Bu əzabı verən isə sənin dilindən düşməyən "DOST" keliməsidi.Axşam düşərkən sən yadıma düşdün.Hər şeyi bildim...bildimki daha səsini eşitməyəcəm,daha sənin deyiləm...bildimki mənim deyilsən...Bir-birimizə dediyimiz sözləri yadıma saldım və özümnən asılı olmayaraq gözümnən yaşlar axdı...ağlayaraq yuxuya getdim.Səhər açıldı.Mən səbirsiz telefonumu əlimə aldım amma telefonuma sənnən heç bir sms gəlmədi...əvvəl elə bilirdimki sənsiz səhər açılmaz ama indi bildimki səhər onsuz açılacaq istər istəməz həyat davam edir...sən mənə zəng elədin,bir dost olaraq mənə müraciyət etdin.Dedinki unut məni daha sevmə məndə dedimki unudacam tezlikcə dostum daha sevmiyəcəm səni...sağollaşdıq...və mən özümə dedimki unudacam,onu daha sevmiyəcəm,bir dost kimi tanıyacam...amma bilmirdimki unutmaq mümkünsüzdü...
Axşam düşdü və mən sənə sms yazdım:təşəkkür sənə sevdiyim...hər şeyə görə təşəkkür...bağışlakı sənin vaxtını alırdım,bağışlakı gözünə görsəndim həyatına girdim,səni sevdiyimə görə bağışla...hər şeyə görə məni bağışla...bayaq sənə telefonda deyə bilmedim sözlərimi sən dedin unut amma bilirsən unutmaq necə çətindi?!heç bilirsən?!yadımdadır bir dəfə mən demişdin ki unutmaq çətindi sən isə dedin ”nə varki unutmaq asantdı,mən o dəqiqə unudaram” bilirsən elədə oldu o dəqiqə unutdun amma mən unutmadım...unuda bilməyəcəmdə...ürəyində mənim heç bircə parçamda qalmayıb,sən axı unutdun...daha məni sevmirsən,sən axı unutdun...amma mən unutmadım və hələdə səni cox sevirəm...yadda saxla sən hər zaman mənim ürəyimdəsən “Dostum”...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 167 Bölmə: Sevgi varmı?