beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NECE DE SEVMIWEM...

Səni sevmişdim. Həm də lap çox sevmişdim.
Ürəyimin döyüntüsündə
Aldığım nəfəsin istiliyində
Sənə baxan gözlərimin parıltısında, sevmişdim.
Canım,balam her şeyimsən demişdim.
Bir-birimizdən küsəndə
Mənasız bir dava etdikdə,bir-birimizdən incidikdə
gözlərimdən axan yaş, sənə olan sonsuz sevgimdən irəli gəlirdi.
Aldığım nəfəsdə
eşitdiyim səslərdə
Yenə ədə sən mənim hər şeyimsən demişdim...
Bu qədər böyük sevgi olarmı
Qarşımda dağlar belə dayana bilmədi,ağladı.
Mərdsen,sən tam mənim istədiyimsən deyə düşünürdüm.



Amma sehv etdim çünki sən bundan istifadə edib özünü nəsə hesab etdin,bu qədər özündən razı olmağa gərək vardımı?
Artıq anladım sənə mənə yaraşan insan deyilsən.
Ürəyimdəki illər boyu saxladığım şəklini
Dəfələrcə xəyyalarımda səni əzizləyib yada saldım.
İstəməyərəkdən səni çıxartdım həyatımdan və sənlə bağlı hər şeyi yox etdim həyatımdan.
Amma yenədə bacarmadım.
Çünki səni sən düşündüyündən də çox sevirəm.



Sevgimdə səni bir xəmir kimi yoğurdum.
Sonra səni içimə çəkdim.
Ve səni ürəyimə yapışdırıb
Həqiqi şəkilivi çəkdim.
Amma çox heyif ki
Sənin mənə olan yalan sevgini gördüm.
Bax elə o andaca
Düşündüklərimi ovcuma aldım
Və ağladım,bütün bədənimdən sanki alov çıxdı,yox oldu sənə olan sevgim..
Sən mənim sevgimə laiq insan deyilsən.
Bundan əminəm artıq.



Kaşki sənə yenidən inana bilsəydim,
Sevginin nə olduğunu öyrədə bilsəydim.
Kaşki heç bu kəlmələri sənə yazmazdım.
Kaşki Həmişə sevgilim,canım deyə bilsəydim.
Artıq sənə bu sözləri heç vaxt deyə bilməyəcəm...
Özünü nəyəsə məcbur etməyə
və ya məndən qaçmağına ehtiyac yoxdur.
Çünki artıq sevgin gözümdən kiçildikcə-kiçildi.
Qum dənələri kimi yox olub gedirsən gözümün önündən.
Sən...yalanlar dolu həyatı sevirsən.
O həyatda özünü xoşbəxt hiss edib yaşayırsan.
Söylə nolar söylə, çəkinmə
Sən ....məni necə sevə bilərsən axı



ürəyində, düşüncələrində o qədər yalan ola-ola...
Hər hansisa bir kəlimələrə
və ya sözlərə ehtiyac yoxdur artıq.
Sən.....mənim sevgimə laiq deyilsən
və mən istədiyim deyilsən artıq.
Sən yalnız mənə yalan sevginin,



necə olduğunu öyrətdin.
İnan.....özümdən yox
Səndən....sənin yalan sevgindən utandım
Gözlərim sənin əsil necə insan olduğunla tanış oldu.
Duyğularım parçalandı
Hisslərim isə sənin hissindən ilham yox yara aldı
Heç bilirdinmi ki bu qədər gözdən düşəcəksən..?
Sən...sevgi əvəzinə, artıq nifrəti öyrətdin


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 185 Bölmə: Sevgi varmı?