beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MESAFESIZ SEVGI....

Her şey iki ay evvel virtual tanışlıqdan başlamışdı. evvel bir birlerini sadece bir tanış kimi hiss edirdiler. Bir iki telefon zenginden sonra bitecek deye düşünürdüler. Amma her telefon zenginden sonra daha da bir birlerine yaxınlaşırdılar. Bir birlerini tanımaq isteyi daha da artırdı. Buna baxmayaraq hele de bir birlerini görmemişdiler, ancaq bir birlerinin sesini eşitmek bele çox şeyi deyişdirirdi. Bir gün qız oğlana ona olan marağından danışdı. Onu görmeyi çox istediyini bildirdi.Oğlan da ona öz şeklini göndere bileceyini bildirmişdi. Oğlan da hemçinin qızı görmek isteyirdi. Qız bildirmişdi ki, onun şeklini gören kimi o da öz şeklini oğlana gönderecek. Oğlan hemin günü qıza mektub yazdı ve mektuba öz şeklini qoydu...
Sabah oğlanın ilk işi mektubu göndermek oldu. Her ikisi de mektubun çatmasını sebirsizlikle gözleyirdiler. Bir neçe gün sonra mektub qıza çatdıqda qızın çox xoşuna geldi. Bir birlerini ele yaxşı tanımasalar da oğlanın ona olan inamını hiss etmişdi ve qız da o deqiqe oğlana mektub yazıb, öz şekli ile birlikde oğlana gönderdi. özleri bele hiss etmeden o günden her şey deyişmeye başlamışdı. Oğlan ise sebirsizlikle qızdan mektub gözleyirdi, gözleri bütün günü poçtalyonu axtarırdı. Nehayet ki, oğlan da mektubu aldı.Oğlanın qelbi dayanmadan döyünürdü. Sessizce mektubu açdı.Oğlan çox heyacanlandı, elleri esmeye başladı. Düşünürdü göresen qarşısına nece bir insan çıxacaq ? Astaca zerfi açdı, bu mektubun onun üçün böyük ehemiyyeti var idi.Qızın şekli mektubun içinde idi, amma şeklin üzü diger terefe olduğundan oğlan hele de şekli görmemişdi. Qarşısına çıxacaq insanın gözel ve ya çirkin olmasının oğlan üçün heç bir ehemiyyeti yox idi, çünki o qız sevgisi ile onun qelbinde onsuz da dünyanın en gözel qızı idi.
çevirdi şekle baxdı ve gözünü şekilden çeke bilmirdi.Doğurdan da qızın üreyi kimi özü de gözel idi. O anda oğlan o qeder heyacanlandı ki, sanki qızla göz göze gelmişdi. Bununla da her ikisi bir birlerine daha da bağlanmağa başlamışdılar. Daha önce heç vaxt özlerini bele hiss etmemişdiler, bir birleri ile daha çox danışmaq isteyirdiler, geceeler sehere kimi saatlarla danışmaqdan doymurdular.Bir birlerini daha çox hiss etmek isteyirdiler. Nehayet ki, oğlan ne olsa bele öz hisslerini qıza demeyi qerara almışdı ve növbeti defe telefonla danışdıqları zaman oğlan qıza söyledi: � Artıq aramızda çox şey deyişib, mene dost kimi baxmağın mene ezab verir. Amma daha gizletmeyecem men sene aşiq olmuşam, istesem de istemesem de seni sevirem... Bu sözlerden sonra her ikisi de bir neçe deqiqe susdular, her ikisi de esmeye başlamışdı.Qız da ona nece aşiq olduğunu başa düşmüşdü, amma bir birlerini görmeden nece aşiq olmuşdular ? Onlar gören gözleri ile deyil, hiss eden qelbleri ile aşiq olmuşdular.Qız da oğlana aşiq olduğunu söyledi ve her ikisi de şokda idi, her ikisi de titreyirdi... Artıq çox xoşbext idiler... Bir birlerine seni sevirem deye seslenirdiler....

Sevgi ne mesafe, ne mekan, ne de başqa bir şey dinleyir... Ne vaxt, hardan geleceyi belli olmaz... Yeter ki, içimizden o duyğunu, ümidleri ve inamı itirmeyek...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 300 Bölmə: Sevgi varmı?