beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENSIZLIYE SON MUSIQI...

Meni özüme düşmen edib qelbimin bir yarısını söküb alıb gedeceyine, heç inanmamışdım sevgilim, hem de heçbir zaman inanmamışdım.Günlerin birinde meni yarı yolda buraxıb gedeceyini menden başqa her kes bilirdi.Bu dünyada bir men idim sene inanan, güvenen, seven ve her zaman her bir şeyde destek olan.Sen ise sene inanmayanları haklı çıxartdın ve meni terk etdin. Seninle birlikde qurduğum dünyanı yerle bir edib getmene ne sebeb oldu bilmirem.Men yalnızca sene aşiq deyildim eyni zamanda da, sen menim en gözel dostum idin. Neler edeceyimizi danışardıq biri birimize, heyatımızı paylaşardıq.Ağlamaqdan qorxmazdım. Bilirdim ki, ağladığımda sen yanımda olub göz yaşlarımı silecekdin. Artıq ağlaya bele bilmirem. Seninle bağlı her xatire acılayır üreyimi.Bütün resimlerimize bir bir baxıram.Heç bir kese senin haqqında danışmasına izin vermirem ve günde bir paket siqaret çekirem.Yeni heyatda en nifret etdiyin şeyleri edirem.Artıq uzun iller yaşamanın bele anlamı yoxdur meger bele deyilmi? Ne üçün yaşayacağam ki!
Seninle birlikde xeyallarımı da itirdim.Artıq seninle birge yaşadığım güllü çiçekli evim olmayacaq.Sene sürpriz edecekdim, yataq otağımızın divarlarını, sene yazdığım eşq mektublarıyla ve en gözel şekillerimizle bezeyecekdim.Bütün xeyallarıma, evimize, uşaqlarımıza, xoşbext geleceyimize emin olduğum geleceyimize elvida demeyin gözel olduğunumu sanırsan.Seni axtarmayıb, bir defe olsun bele arxanca gelmediyimi düşünüb, seni unutduğumu zenn etme.Her zamankından daha çox sevirem seni.Seni bu an, bu saniye uğrunda ölebilecek qeder çox sevirem. Senden sonra men nece yaşayacağımı bilmirem, amma senin daima xoşbext olmağını isteyirem.Birlikde keçirdiyimiz iller içinde seninle yaşadığım her anın ayrıca gözelliyi, ayrıca anlamı var.Meni çox xoşbext etdin.Zaman keçdikce, hirsim soyuduqca seni men o gözel günlerimizdeki xatirelerle anacağam.İller sonra men ağlına geleremse bil ki, soyuq pencerenin önünde en sevdiyin musiqini oxuyuram ulduzlara...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 279 Bölmə: Sevgi varmı?