beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QeRiBa_SoNluQ(TesiRli Hekaye)

Səhər oyananda mədəsində yanğı hiss etdi.Yanğının səbəbi axşam yediyi yox, bu gün edəcəyinin ağlına gəlməsi idi.
Bu gün 2 illik sevgisinə son qoyacaqdı.Əslində bunu etməkdə gecikmişdi...'Bitməlidir!'-dedi içindən.'Hər gün bu dadsız oyanma bitməlidir....'
Gənc oğlan bunları düşündükcə sifəti şəkildən-şəklə düşürdü.Cəld geyinərək çölə çıxdı.Bu günə qədər onu heç gözlətməmişdi,indi də gözlətməməliydi.Küləkli və yağmurlu sentyabr səhəri idi.Gənc oğlan danışdıqları yerə çatdı.Bir neçə dəqiqə gözlədikdən sonra sevgilisini gördü.İndi mədəsindəki ağrı daha da artmışdı.Yolboyu susurdular.Parkda bir kafedə oturdular.Gənc qız başa düşmüşdü ki,sevgilisi ona nəsə demək istəyir.'Mənə nəsə demək istəyirsən?'-soruşdu.Gənc oğlan içini çəkdikdən sonra'Səncə,biz nə vaxtadək bir yerdə olacağıq?'-deyə soruşdu.Gənc qız, 'bunu soruşma səbəbini anlamadım?'-deyə cavab verdi.Gənc oğlan sözə başladı....
'Bir neçə ay əvvəl gecə 11-də zəng edib sənə yazdığım şeiri oxumaq istəmişdim.Sənsə mənə 'İndi vaxtıdır,işin-gücün yoxdur?' demişdin.Üzr istəyib dəstəyi yerə qoydum.Daha sonra bu şeiri məndən istəmədin...Xəstə olub yatağa düşəndə dostlarımla birgə sən də məni görməyə gəlmişdin.Onların 'Sən bəxtəvərsən,sevgilin sənə baxar' sözünə,'İşim yoxdur məgər, sənə baxacam, anan gəlib baxsın!'demişdin.Yadına düşdümü?' Gənc qız 'Bilirsən, mən hissiyata qapılmağı sevmirəm.Həm də xəstəyə qulluq edənə də oxşamıram.'-dedi.Gənc oğlan güldü:'Bəli canım haqlısan.Heç istəsəndə bu ürəyinlə xəstə baxıcısı ola bilməzsən'.Oğlan davam etdi...
'Mənə bu vaxta qədər neçə dəfə sübhdən sevgi sözlərindən ibarət mesaj yazdın?...Heç vaxt.Hətta gün ərzində yazmadın.Həssas olmaya bilərsən, ancaq sən səni sevən insanları xoşbəxt etməyi də sevmirsən.Səninlə mən ağla qara kimiyik...'
Gənc qız başa düşmüşdü:
'Mənim şair olmağımı istəyirsən?' Gənc oğlan dünən gecə verdiyi ayrılıq qərarının nə qədər doğru olduğunu düşündü.'Xeyr'-dedi.'Şair olmağını istəmirəm.Olmazsan da..Biz ayrılmalıyıq.'
Gənc qız çaşıb qalmışdı,'Axı niyə? Mən səni sevirəm.Sənin də məni sevdiyini bilirdim.' Gənc oğlan içini çəkərək:'Xeyr canım, sən məni sevdiyini zənn edirsən.Əgər Məni sevsəydin indi başqa cür danışardın.'
Qız göz yaşlarını silərək:'Yəqin ki, məni başqasına görə atmırsan..'-dedi.
Oğlan:'Bunu necə düşünə bilərsən, səndən başqa həyatımda heç kim olmayıb və uzun zaman da olmayacaq.'-deyə cavab verdi.
Onlar iki sevgili kimi oturduqları kafedə artıq iki yad idilər.Gənc oğlan düz addım atdığına inanırdı.Axşam evə çox yorğun döndü.Otağına girdi.Sabah erkəndən işdə olmalı idi.Ona görə də yatmağa çalışırdı.Bir neçə saatdan sonra yuxuya getdi.Səhər 7-də saatın zənginə oyandı.Evdən çıxanda cib telefonuna baxdı.Mesaj və 10 cavabsız zəng vardı.Yorğun olduğundan zəng səsini eşitməmişdi.Zənglər və mesaj sevgilisindən idi.Həyəcanla mesajı açdı.Bunlar yazılmışdı:
'Sadəcə onları sevməyi sevdim,
Hamısını onlarsız yaşasam da,
Bir səni sənsiz yaşaya bilmirəm,
Bu eşqi tək qəlbdə daşıya bilmirəm.
Səni əmin edirəm gözəl gözlüm,
Bir tək səni sevdim
Və səni sevərək öləcəyəm,
Əlvida Sevgilim...'
Gənc oğlan çaşıb qalmışdı.Onu tanıdığından ilk dəfə idi ki, ondan mesaj alırdı.Həyəcanla ona zəng etdi, zəngə yad səs cavab verdi.'Sevda ilə danışa bilərəmmi?'-dedi.Amma qarşıdakı ağlayırdı...'Mən onun anasıyam, oğlum.Qızım bu səhər intihar edib.Səhər otağının işığını sönməmiş görüncə girdim.Balam özünü asmışdı...'
Gənc oğlan yerində yıxılıb qaldı.
Bir neçə aydan sonra iki həkim xəstəxanada söhbət edirdilər.Biri digərindən qarşıdakı xəstənin vəziyyətini soruşurdu.Həkim:'Hə, onu 3 ay əvvəl gətiriblər.Ona görə bir qız intihar edib.O gündən bəri cib telefonunu əlindən yerə qoymur.Mesajlar yazıb kiməsə yollayır...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 215 Bölmə: Sevgi varmı?