beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göylərin Qapısını Açan Dua...

Bir gün bir sarvan öz karvanı ilə birlikdə səhranı keçirmiş. Bir quldur sarvanın tək olduğunu görüb ona basqın etməyi qərara alır. Sarvanın qabağın kəsir və bütün malını dövlətini ondan istəyir. Carəsiz qalan sarvan razılaşır. Amma quldur bununla yanaşı sarvanın canın da istəyir. O şahid qoymaq istəmir. Sarvan çox çalışır qulduru dilə tutsun, heç cürə bacarmır. Son dəfə namaz qılmaq üçün quldurdan vaxt istəyir. Quldur razılaşır. Namazını çox gözəl qılır, səcdədə əllərin açır və başlayır dua etməyə
"Allahım, sənə sığındım, sənə inandım. Məni bu quldurun şərrindən özün qoru".
Bu duasını üç dəfə təkrar edir. Namazını bitirir. Quldura yaxınlaşmaq istədikdə uzaqdan bir süvari gəlir və quldururn başın kəsib atır. Sarvan gördüklərinə inanmır. Süvaridən kim olduğu, niyə belə bir iş tutduğunu soruşur. Süvari cavab verir:
-Mən göy qatının mələklərindənəm. Sən namaz üstə birinci dəfə dua etdikdə göylərin qapısı döyüldü. İkici dəfə dua etdikdə göy əhli sənincün fəryad etməyə başladı. Üçüncü dəfə dua etdikdə Rəbbimdən səni xilas etməkcün yerə enməyə izn verməyini istədim, onun izniylə səni xilas etdim.
Hər kim dara düşdükdə gözəlcə namaz qılsa və üç dəfə xilas olması üçün dua etsə Allah onuncun göylərin qapısın açar. Duası qəbul olar.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi varmı?