beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə Mavini Danışsam..

Mavi desəm sənə ...
Yalnız "mavi"!
Anlayarsan məni?
Heç inanmıram...


Yaxşı mavi azadlıqdır desəm bir ehtirasdır bir xəyaldır desəm...
Bir yer izah etsəm sənə həmişə mavi olan! gömgöy...
mavidə bir qız izah etsəm sənə !
Ümidləri olsa bu qızın hər qız kimi...


Gələcəyə dair inancları olsa həm öyrəşdiyi həm də çox uzağında olsa heç bilmədiyi...
Bir qız! Sanki heç yoxmuş kimi sanki həmişə var olan...
O mavi qız bir oğlanı sevsə. Həm də mavidə...

Gözləri tək o oğlanı görsə tək onu eşitsə qulaqları.
Və heç çəkinməsə əllərini ona uzatmaqdan ...
oğlan qucaqlasa qızı mavi bir sevgiylə...
Heç bitməyəcək olsa bu sevgi və heç getməyəcək...

Xatirələr olmasa bu sevgidə ağrılar və peşmanlıqlar da! Sabahlar da dünənlər kimi...

Və bu günü yaşasa həmişə qızla oğlan duyğularının içində.
Bir gün bir nağıl izah etsə qız.
Yaşıl otlarla bəzədilmiş qayaların mavi dənizə aşiq olduğu bir nağıl.
Dənizin mavisi bir xəyal kimi... Rəngin bütün tonlarında gəzəcək qədər qürurlu...

Və bir gün qız danışsa necə dənizin qumlarıyla ayrıldığı yerdə
poz bulanıq mavi və az kənarda yaşıl mavi olduğunu...
daha da kənarlarda su dəlisi qayaların bu yaşıl kolluqlarla bəzənmiş qayaların dibində necə
itaətli bir mavi olduğunu izah etsə...


Qayaların bütün girintilərinə dəli tərəfindən bir sevgi həsrətiylə necə yumuşaq bir mavi istiliyi ilə qucaqladığını izah etsə..

Qayaların necə qabarıq necə bir görkəmli qoruyucu kimi uzandığını izah etsə.
Hansı ki bütün xoşbəxtlikləri və bütün ümidləri qoruyaca mükəmməl bir güc olduğunu...

Göyün açıq mavisinə diqqət etmədən parlaq tünd bir mavi olduğunu izah etsə sevgilisi üçün...
Və dənizin bütün dürüstlüyü ilə özünü heç gizləmədən göstərdiyini...

Bütün dərinliklərin sirrini necə aşkar etdiyini izah etsə qız... Və bitsə nağıl!

Qız artıq əllərinin oğlanda olmadığını görsə. oğlanın heç olmamış kimi getdiyini...
Nə ağlasa nə gülsə...
Kədərlənməsə də!

Hiss etdiyi yalnız bir boşluq təklik olsa ... Sonra qız da olmasa...
Bütün mavilikləri yalan bilərək mavi bir qız da olmasa heç!...

Mavi yalnız "sevmək idi"...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi varmı?