beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyallar...

Uzun sürən susqunluqdan sonra telefonum səsləndi... Mesaj gəlib, açımmı görəsən?! Sənsənmi görən?!
"Salam, necəsən? Uzun müddəti yazmırdım, düşünməki, unutduğumdandır... Sadəcə vəziyyətin bu cür olduğundan sonra səni narah etmək istəmədim... Amma mən səni unutmamışam, hər an xatirimdəsən... Səni hələ də çox sevirəm..."
"Salam, bu gün dərsə niyə gəlmədin?"
Offf... Allahım, yenəmi?!
Sənə xəyal etmə dedim axı...Sonra peşman olacaqsan, dedim axı... Dedim axı özünü incidəcəksən... Xəyal qurma...
Sən artıq xoşbəxt olmayacaqsan, Sən artıq istədiyin kimi sevilməyəcəksən... Hm... Sən heç yetərincə sevilməmisən ki... Qəbul et artıq... Qəbul etki, sonra gələcəkləri də qarşılaya biləsən... Daha sonralar üçün yaşaya biləsən... Qarşındakı illər üçün nəsə edə biləsən.. Yaşamaq üçün tutunacaq bir səbəbin olsun...
Yooxxxxx... Yenə yalnış anladın axı... Səbəb deyərkən, yəni günaha batmamaq üçün, qadağan olunmuşlara, olmazlara getməmək üçün özünü cilovlaya biləsən... Özünə problem axtarma zorla... Başa düşki, anla ki, sənin həyatın ancaq və ancaq bundan ibarətdir... Elə eyni... Hər zaman eyni... Taleyin heç bir zaman dəyişmədi, dəyişilmir...
Dəyişməyəcək... Xəyal qurma... Düşünməki, nə zamansa, bəlkə... Ümid etmə... Ümidlər hamısı xəyalın yalançı məhsuludu...
Analamırsan?! Sənin xəyalların sənə zərər verir... Səni uçuruma aparır... Dibi görünməyən, sonu bilinməyən bir uçuruma... O uçuruma doğru yalnız və yalnız bir yol var... GEDİŞ... DÖNÜŞ yoxdu, olmayıb, olmayacaq...
Xəyal qurmaki, nə zamansa ordan kimsə keçər deyə... Sənin fəryadını duyar deyə... Keçməz... Keçsə belə qulaqlarını bağlar, gözlərini yumar keçər...
Xəyal qurma... Anladınmı... Bildinmi... Unutma ki, XƏYAL ÜMİDİN YALANÇI MƏHSULUDU...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi varmı?