beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaranlıq Divar...

Bir zaman sonra alışacaqsan dondurucu soyuğa
Alışana qədər üşüyəcəksən amma
Alışdığında həzz alacaqsan yalnızlıqdan
Və anlayacaqsan yaratdığın dünyanın onsuzda yalan olduğunu
Özünə zərər verdiyin qədər böyüyəcəksən , çoxalacaqsan
Öz dünyana sığmayacaq digərlərinə sataşacaqsan...Canının yandığını özündən belə gizlədəcəksən
Tənha olduğuna özünü tamamən inandır
Elə bir yalan dünya quracaqsanki özünə ,özündə inanacaqsan zamanı gəlincə...Onsuz yalansa hər şey öz yalanımı özüm yaratdım deyəcəksən və başlayacaqsan yalançı oyuncaqlarla süstlənmiş YALAN senaryona...

Qanın qara olacaq.Elə inanmaq istəyəcəksən elə görəcəksən...Göz yaşın qara olacaq...Gülüşlərin qara.Düşündüklərin qədər kirlisənsə elə olmalıdır.Qapqara olmalısan.Günəşdən kömürlənmiş bir maska taxacaqsan masum üzünə.Digər maskalılara inad səninki gözəlliyini örtəcək.Bu qədər safkən sevilmədiysən istədikləri şeytan olmalı deyə düşünəcəksən.Amma yalan insanların yalan dünyasından YALAN bir parça olmaq heç bir zaman xoşbəxt etməyəcək səni gerçək anlamda...Həmişə lənət edəcəksən gəncliyini əlindən alanlara...Lənət edərək yatıb lənət edərək oyanacaqsan.Amma alışacaqsan bu lənət dünyanın lənət insanlarının LƏNƏT ƏDALƏYİNƏ


Və heç bir şey dəyişməyəcək istəyərək gəlmədiyin bu dünyaya...Bir anlıq Zövqün Lənət


LənətliyəM
Qaranlılardayam,dərinlərdə
Alovlardayam,küllərdə
Ruhlardayam,saxta bədənlərdə
Zindanlardayam,əsirlərdə
Qorxularındayam
Xəyallarındayam,yuxularında
Qorumasızam
Qorxağam
Duyğusuzam
Axmağam...
Zəif,gücsüz
Lənətliyəm
Cəhənnəmliyəm
Ruhsuzam amma ölümlüyəm


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi varmı?