beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SəN + MəN = ?

Gələcəyimi görmək istəyi heç bu qədər istəkli olmamışdı . Bəzi cavabını bilmədiyimiz suallar bizi “sağlıq olsun inşallah” deməyə vadar edir buna görə . Uşaqlığın bizi tərk etməyini də bu qədər əminliklə anladığım olmamışdı . Çünki , artıq tanrıdan olan istəklərimiz , dualarımız fərqlənir . “Hər nə olur , yaxşılığa doğru olur” kəlamı da bir teorem kimi isbat olunur günlər ötdükcə . Biz həyatı günahkar görsəkdə , qismət həmişə doğru qərarı verir . Bəzən görürsən dağılır illərlə qurulan həyat səliqəsi , bəzən də əksinə , toplanan sıfırların qarşısına yazmağa bir 1 tapırsan .



Düşündüm yaxınsan, bir nəfəs kimi,

Soyuq bir səssizlik boğur eşqimi.

Mən səni sevmədim bir həvəs kimi,

Bəlkə də sənsizlik boğur eşqimi.


Eşqinlə alışdım , eşqinlə yandım,

Mən alov , sən isə , bir külüm oldun.

Ömürlük sevdaya sənlə inandım,

Könül baxçamdakı bir gülüm oldun.



Mən səni sevirəm, dünyalar qədər,

Amma qazandığım sənsizliyimdir.

Sənsə qəlbini yox, verirsən kədər,

Ölümüm yataqda səssizliyimdir.



Eşqinlə yaşaram, ölüm nədir ki,

Məzarım üstündə sən ağla ancaq.

Ölərəm səninlə , gülüm, nədir ki,

Sevgim ruhumdadır, yox olmayacaq.



Məhəbbət insanın varlığı, özü,

Onsuz yaşamağın mənası yoxdur.

Məhəbbət könlümün ən şirin sözü,

Bu könlün ayrı bir dünyası yoxdur.



Unutma, sevdiyim sevgi gərəkdir,

İnsanın həyatda var olmağına.

O bir fırtınadır, dəli kələkdir,

Daha inanmıram yar olmağına.



Sevgi tarazlığı da həmişə ideal olmur . Bu səbəbdən də qırıla bilir ürəklər . Zərbələrə tab gətirmək üçün içindəki mübarizə köməyin olmalıdır yaşanan günlərdə . Əyilməmək mümkün deyil , qürurunla fəxr etmək də mümkün deyil . Çünki həyat indi də bizə sevgi dərsini keçir . Bu qədər sevdiyim dərs də olmamışdı . Səbəbi yəqin ki , sualımın birinci toplananıdır .

Əvvəl özümü möhkəm bir qaya sayırdım dalğalara tab gətirə biləcək . Amma qaya belə dalğaların izləri qarşısında acizdir . Necə ki , mən acizəm sənin verdiyin cavab qarşısında . Sözlərim də tab gətirə bilmir hisslərimin önündə . Özün bilirsən mənim cavabım dəyişilməzdir bu suala . Çox istərdim sən dəyişəsən cavabını . Hələ də içimdə ümid daşıyıram mən .

Bərabər ola bilərmi sevgiyə SəN + MəN ?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 178 Bölmə: Sevgi varmı?