beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözlərimə Yaxşı Bax...

Kor bir gənc vardı. O görə bilmədiyi üçün heç bir şeyi, heç bir kimsəni sevmir, hər kəsə və hər şeyə nifrət edirdi, amma sevdiyi qız xaric. Gəncin həyatda sevdiyi tək varlıq o qız idi. Bir gün gənc sevdiyi qıza əgər dünyanı görə bilsəydi, onunla evlənməyi qəbul edə biləcəyini söylədi... Qız sevdiyi gəncə bu etirafın özünü çox xoşbəxt etdiyini dedi.
Günlərin bir günü taleyi gəncin üzünə güldü və biri ona bir cüt göz bağışladı. Əməliyyatdan sonra gənc hər şeyi görməyə başladı; ağacları, çiçəkləri.. bir sözlə, artıq dünyanı görürdü. Hətta sevdiyi qızı belə...
Gözlərinin açılmasına sevdiyi qız hər kəsdən çox sevinirdi, xoşbəxt idi ki, onun həyatının mənası hesab etdiyi artıq dünyanın işığına həsrət deyil. Gəncin xoşbəxtliyi onun xoşbəxtliyi idi.
Qız sevdiyi gəncdən soruşdu:
- Artıq hər şeyi görürsən, söylədiyin kimi mənimlə evlənəcəksənmi?
Gənc şokda idi, qızı gördüyündə donub qalmışdı. Çünki qız kor idi!
- Çox üzr istəyirəm... Səninlə evlənə bilmərəm, çünki sən korsan! - dedi.
Qız çox kədərləndi və ağlayaraq oradan uzaqlaşmağa başladı. Bir az getdikdən sonra dayandı və gəncə bunu söylədi:
- Sadəcə gözlərimə yaxşı bax...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 45 Bölmə: Sevgi varmı?