beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Seviremmm

Sənə bu sözü o qədər nadir söylədim ki...
Qorxurdum bu eşqi tez itirməkdən, sürətli yaşayıb bezməkdən qorxdum,
çox yaxın olub sıxılmağından, getməyindən qorxdum...
Yavaşca yaşanmalı idi, dadını çıxararaq ,dəyərini bilərək, əziyyətini çəkərək..
Həyatın mənə təqdim etdiyi hədiyyə idin, ümid sözü səninlə qiymət qazandı, sevmək sənin varlığını tanımaq idi, yaşamaq idi...



Yükün mükafatım, nəfəsin ümidim, varlığın həyata tutunduğum budaq olsun...
Qəlbimiz sevənlərimizlə bir, sevdamız bizdə sirr olsun. Hər axşam qapıda üzündəki təbəssümün səbəbi mənim qarşılamam olsun...



Bir az klassik, bir az romantik ,çox sıradan amma imtina edilməz olsun... Bizim olsun...
Asan qazanmadıq bu eşqi və heçdə asan yaşamadıq...
Azmı üşüdün qar altında məni razı salmağa çalışarkən, azmı dözdün hirsimin ən qaranlıq üzünə, istəklərimin meydana gətirdiyi dənizdə boğulmamaq üçün azmı çalışdın...

Fərqli olsun, gözəl olsun hər şey... Səninlə...Canim .....M.......


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi varmı?