beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgililer Gununde Sensiz Kederle Birge

Bu gün məhəbbətimizin il dönümünü qeyd edirəm.Ancaq bu dəfə keçənlərdəkinən fərqli olaraq həmdəmim sən deyilsən.Bu gecə mənə həmdəm stolun üzərində can verən şərab butulkası və birdə cana doymuş bakal var... Bu gün sənsizliyin acısını kədərini bir daha anlayıram və özümə şərabdan başqa həmdəm tapa bilmirəm... Nə qədər olmasa da şərab SƏNDƏN vəfalı cıxdı... Mənim bu günlərimdə məni atmadı.Sən isə sevgimizin bahar çağında qışı yenidən gətirdin mənimçün.Nə edək taleyimiz belə imiş.Bizə isə bu qismətlə barışmaq qalır.Bu gecə sənlə yaşadıqlarımız kino kimi gözümün qabağından keçir.Sənli xatirələr didib dağıdır məni.Parçalanır ürəyim ancaq içimdən hansısa bir hiss məni bu sənsiz həyata bağlayır.Bilirsən hansı hiss? Sənə olan sevgimi ömrümün axırınadək sənə sübut etmək hissi.Gizli-gizli görüşlərimizin bilirsən necə həsrətindəyəm.Həm də ilk görüş yerimiz.Orada görüşürdük səninlə bölüşürdük dərdlərimizi.Heç gecikməzdin görüşümüzə.Ancaq o günü heç vaxt yadımdan çıxartmaram.Sən görüşümüzə gecikdin.Sonradan mənə görüş yerimizi bacın xəbər verdi.Özü də sizin evdə hamının gözləri qabağında.İndi də görüşürük səninlə ancaq əvvəlki güllü-çiçəkli görüş yerimizi səssiz səmirsiz qəbirstanlıqa çevirdin sən.İndi də nə görüşə gecikirsən nə də görüşə gəlirsən.İndi mən sənin görüşüvə və həmdə sənin yeni mənzilinə qəbirstanlıqa gəlirəm..
Bu dəfə Sevgililər gününü də sənsiz kədərlə birgə keçirtdim.Bu mənim ilk sənsiz BAYRAMIM idi


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?