beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1 Saatiniz QaLib

Gecə saat 1 idi. İki qadın
qollarından tutduqları 16-17
yaşlı bir cavan oğlanı
xəstəxananın qapısına doğru
gətirirdilər. Onların arxasınca
isə təngnəfəs halda yaşlı bir kişi
gəlirdi. Oğlanın atası olduğu
bəlli idi. “Oğlumu xilas edin”, -
deyə yalvarırdı.
Yorğun halda kresloda
yarıyuxulu vəziyyətdə oturmuş
növbətçi həkim dərhal yerindən
qalxdı. Tibb bacıları gələnləri
qarşılayıb, onları müayinə
otağına dəvət etdi.Yaşlı ata
danışmağa davam edirdi:
- Həkim, oğlum intihar etmək
üçün çoxlu dərman içib. Anası
bundan xəbər tutan kimi çox
gecikdirmədən xəstəxanaya
gətirdik.
- İçdiyi dərmanlar yanınızdadır?
Yaşlı adam cəld əlini cibinə saldı
və bir neçə dərman qutusu
çıxarıb, həkimə uzatdı:
- Bu həbdən 10-15 dənə idi,
bundan təxminən 10 dənə,
bundan isə 3-5 dənə...
Həkim dərman qutularına
diqqətlə baxdıqdan sonra
soruşdu:
- Dərmanları nə vaxt içib?
- İki saat olar.
Həkim bu cavabı aldıqdan sonra
yenidən dərman qutularına
baxmağa başladı. Çox arxayın
bir şəkildə ayaq üstdə çətinliklə
dayanan dəliqanlıya baxdı və
başını buladı. Həkim heç nə
demirdi. Səssizlik nigaran
atanın sualı ilə pozuldu:
- Nə edə bilərik, həkim?
Həkim isə soyuqqanlı bir
şəkildə:
- Hmm. Heyif, çox heyif. Artıq
gecdir. Bizim əlimizdən gələn
bir şey yoxdur.
Həkimin ağzından çıxan bu
sözlər, sanki, bir güllə kimi
xəstəyə və xəstənin yaxınlarına
dəydi. Həkimin son sözlərini
xəstə özü də eşitmişdi. Bir anlıq
ölümü hiss etdi sanki. Gücünü
toplayıb həkimin üzünə baxdı.
Həkimin sifətindəki ciddiliyi
gördü və vəziyyətin ciddi
olduğunu anladı. Bütün
ağırlığını buraxdı və aşağı
çökdü. Bayaqdan onu Güclə
saxlayan iki qadın da
müvazinətlərini itirdilər və
hərəsi bir yana oturdu. Ancaq
xəstənin yaxınları ümidlərini
hələ tam itirməmişdilər:
- Həkim, yəni heç ümid yoxdur?
Bəlkə, nəsə edəsiniz.
- Artıq çox gecdir. Belə
vəziyyətlərdə biz heç nə edə
bilmirik. Nəsə etsək də, faydası
olmayacaq. Hər halda xəstənin
bir saat vaxtı qalıb. Ancaq yenə
də xəstəni nəzarət altında
saxlayacağıq.
Həkimin birsaatlıq diaqnozu
hamımızı şoka salmışdı.
Xəstənin gözlərinin içinə
baxdım. Ölüm qorxusu iliklərinə
qədər işləmişdi.Ölümə bu qədər
yaxınlaşmaq, çox ağır bir
vəziyyət idi. Onun yerində
olmaq, əlbəttə ki, çətindi.
Görəsən o, hansı hissləri
keçirirdi? Əslində, hər birimiz
ölümün birsaatlıq məsafəsinə
gələcəyik. Ancaq o məsafənin
nə zaman bizə yaxınlaşacağını
bilmədiyimiz üçün biz narahat
deyilik.
Bu cavan oğlanın durumu isə
fərqli idi. O, bir saat sonra
öləcəyini bilir. Bəlkə də, həmin
vəziyyətdə o, dostlarını,
yaxınlarını, doğmalarını
düşünürdü. Bəlkə də, ölümdən
sonrakı həyatı, qəbri, yəni bir
saat sonra baş verəcəkləri
gözlərinin önünə gətirirdi...
Digər tərəfdən, həyat davam
edirdi. Palatalarda yatan
xəstələrin yaxınları
həkimlərdən nəsə soruşur, bu
arada xəstəxanaya yeni
xəstələr daxil olur, kimlərsə
xəstəxanadan evinə buraxılır.
Yəni həyat ölümlə iç-içə idi...
Xəstənin yaxınları ağlamaqda
davam edirdilər. Yalvara-
yalvara həkimdən ümidverici
bir söz deməsini xahiş edirdilər.
Ancaq həkim başını bulayırdı.
Bu vaxt onlara başqa bir həkim
yaxınlaşdı və göz işarəsi ilə nə
baş verdiyini soruşdu. Birinci
həkim:
- İntihara cəhd edib.
Xəstəxanaya isə gec çatdırılıb.
Vəziyyəti ağırdır, dedi.
Həkimin ağzından çıxan sözlərə
ən çox xəstənin özü qulaq
asırdı. Görünən o idi ki, ölüm ilə
üzləşmək onu bərk
qorxutmuşdu. Titrək bir səslə
həkimə tərəf doğruldu:
- Həkim, ölmək istəmirəm,
yaşamaq istəyirəm. Məni xilas
edin, yalvarıram.
Həkim isə, sanki, onu eşitmirdi,
bəlkə də eşitmək belə istəmirdi.
Həkim oradan uzaqlaşdı.
- Həkim, xəstəyə bir tərəfdən
sistem qoşub, digər tərəfdən
də, sidikqovucularla onun
qanını təmizliyə bilməzdik? –
dedilər.
Həkim dayandı:
Qardaşım, görmürsənmi xəstə
ölmək istəyir? Yaşlı insanlar
belə, bir az daha uzun yaşamaq
istəyərkən, bu gənc oğlan
ölümü dadmaq üçün intihara
cəhd edib. Madam ölmək
istəyir, biz niyə onu xilas edək
ki?! İmkan verək, bir müddət öz
istəyi ilə baş-başa qalsın,
ölümün nə demək olduğunu
anlasın, həyatın Allahın bizə
verdiyi ən böyük nemətlərdən
olduğunu anlasın, yaşamağın,
ailəsinin dəyərini başa düşsün,
ölümü və ondan sonrakı həyatı
düşünsün...
Sonra isə həkim bir qədər də
təəccübləndirəcək şəkildə
qəhqəhə çəkdi və dedi:
- Yoxsa, sən də onun öləcəyinə
inandın?
- Necə yəni? Xəstə ölməyəcək
bəyəm?
Həkim xəstənin içdiyi
dərmanların qutularını göstərdi.
Qutuların üzərlərində vitamin
həbi, öskürəkkəsici kimi sözlər
yazılmışdı... (Yaşanmış hadisə)


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 167 Bölmə: Sevgi varmı?