beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Yalnız Səni Sevirəm Demək Deyil

Günlərin bir günü çiçəklə su qarşılaşıb dost olurlar.Əvvəllər gözəl bir dostluq olaraq davam edər bərabərlikləri.Bir-birlərini tanımaq üçün təbii ki onlara vaxt lazım olur.
Günlər,aylar bir-birini əvəz edər və çiçək o qədər xoşbəxt olur ki,xoşbəxtlikdən içi içinə sığmır və yalnız o zaman anlayır ki suyu sevir.İlk dəfə aşiq olan çiçək ətrafa gözəl qoxular saçar ”Sənin üçün ,ey su!” deyə.

Vaxt gəlib keçər və bir gün su da çiçəyə qarşı nə isə hiss etməyə başlayar.Çiçəyə aşiq olduğunu zənn edər.O da ilk dəfə kimi isə sevirdi...

Çiçək getdikcə “Görəsən su məni sevirmi?”deyə daha çox düşünməyə başlayır.Çünki su çiçəyə heç diqqət yetirmir.Halbuki çiçək belə sevgiyə öyrəşməmişdi və özünü saxlaya bilməyib suya “Səni sevirəm”deyər .

Su “ Mən də səni sevirə m”deyə cavab verər.Aradan vaxt ötər.Çiçək yenə də “Səni sevirəm”deyər.Su yenə də eyni “Mən də”deyir.Çiçək səbirli idi.Gözləyir,gözləyir,yenə də gözləyir.

Artıq elə bir vəziyyətə düşər ki qoxu saça bilməyir ətrafa və son dəfə suya “Səni sevirəm”deyir.Su isə ona “Dedim ki Mən də səni sevirəm”deyir.

Və gün gələr çiçək yataqlara düşər.Xəstələnibdir çiçək artıq.Rəngi solmuş,çöhrəsi saralmışdır.Çiçək baş ucunda dayanar sevgilisinin bəlkə kömək edə bilər deyə.

Artıq çiçəyin öləcəyi bir həqiqətdir.Və həyatında son dəfə çiçək çətin də olsa başını döndürərək “Səni mən doğurdan da sevirəm” Deyir...

Su çox kədərlənir və son çarə olaraq həkim çağırır.Həkim gələr və çiçəyi müayinə etdikdən sonra deyir ”Xəstənin vəziyyəti ümidsizdir,artıq əlimizdən heç nə gəlmir ”Su sevgilisinin ölümünə səbəb olan xəstəliyin nə olduğunu soruşar həkimdən. Həkim suya baxıb “Çiçəyin bir xəstəliyi yoxdur,dostum.O sadəcə susuz qalıb...

Su yalnız o zaman başa düşdü ki sevgi sadəcə SƏNİ SEVİRƏ DEMƏK DEYİL...
heç bir dəfə də olsun onun əllərindən tutub gözünə baxa-baxa səni dəlicəsinə sevirəm dediz mi??

bəlkə də demədiz... bəlkə də o sizin bu üç kəlmədən ibarət sözünüzü uzun zamandı gözləyirdi...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi varmı?