beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yashanmish Gozel Bir Sevgi Hekayesi

O gece- mene zeng ettiyi, ureyimin bir anliq yerinden chixacagi gece… Saat 3 ya da 4 idi zeng etti. Ne oldugunu anlamadan telefonu goturdum ve onun adini gordum. Heyecanlandim.. Sevdiyim qiz zeng edirdi. Yuxumdan tam ayilmasamda da sevdiyimin ses tonundan menim uchun narahat oldugunu hiss etdim. “gecen xeyre” mesajini yazmamishdan evvel xeyli yazishmishdiq.
10-cu sinfe yeni bashlamishdim ve unversitete hazirliq telashi hami kimi meni de heyecenlandirirdi, bu yay diger yay tetilleri kimi bosha kechmemeli idi. Artiq bir neche fenn uzre harlashirdim. Dersler ilk vatlarda chetin olsa de maraqli idi. Onu ilk defe Kimya fenni uzre hazirliga gederken gordum. Cox shirin bir qiz idi. Ilk gorushde sevgi munasibeti qurmaq barede dushunmesem de onunla dost olmaq isteyirdim, hazirliqdaki diger abiturientler kimi. Vaxt kechdikce bir-birimize alishirdiq…
1 il kechdi. Novbeti yay tetili gelmishdi. Grupda 6 nefer oldugumuzdan muellimimiz bizi ayirmaq gerarina geldi. Onunla bir qrupa dushe bilmedim. Halbu ki bunu chox isteyirdim amma hech kime ne deyirdim ne de belli edirdim. Utangac oldugum qeder chekingen bir xasiyyetim de vardi. 11-ci sinfe yeni bashlamishdim. Mekteb o qeder de maraqlandirmirdi meni sadece butun quvvemi hazirliga vermishdim, vaxt kechir, zaman daralirdi. Bu muddet erzinde onun baresinde bir o geder dushune bilmirdim. Amma her defe internet kafeye geden zaman ona yazirdim. Bu chox xoshuma gelirdi. O da mene yazirdi. Artiq dost munasibeti qurmushduq. Amma bir o qeder de yaxin deyildik. Chunki onu chox nadir hallarda gorurdum. Yolumuz ve hazirliq vaxtlarimiz ust-uste dushmurdu. Qebul imtahani… Universitete qebul oldum, diger telebe namizedleri ile de maraqlanirdim. Kimi sevinir, kimi teessuflenirdi, daha 1 il oxumali ve novbeti il senedlerini vermeli idi. o da bu hisleri yashayirdi.Gebul ola bilmemishdi universitete. Chox teessuflenirdim.Universitete bashladigim gunlerde yeniden ona yazdim. Artiq uzun zaman idi ki ona yazmirdim. Adresini hele de istifade etdiyine bir o qeder de emin deyildim amma yene de yazdim. O aralar internete gunlerle, bezen heftelerle bash chekmirdim. Bir gun cavab yazdigini gordum, sevindim. Daha bir mektub yazdim ve sonra daha bir mektub . Hech bir mektubum cavabsiz qalmirdi
Ozumun istifade ede bileceyim shexsi kompyuterim olduqdan sonra, neinki mektub, chat vasitesi ile sohbet edirdik, bezen saatlarla. Telefonu yox idi, amma universitete qebul olduqdan sonra mutleq olacagini soyleyirdi. Bele de oldu qebul olundu ve 1 neche hefte sonra mene nomresini verdi. Ona hislerim tamamile dostyana idi. Onun da mene hemchinin. Bir gun onu seveceyim aglima bele getirmirdi. Munasibetimiz yaxshi idi. Her gun olmasa da 1,2 hefteden 1 bir-birimizi yada salirdiq. Men 2 ci kursda oxudugum uchun onun hal-hazirda kechdiyi fennleri kechib qurtarmishdim. Bir gun ona defterlerimin mene lazim olmadigini, amma sene komek ede bileceyini dedim. Evvel istemediyini dese de nehayet defteri goturmek gerarina geldi. Gorushduk..
Onu uzun zamandan beri gormurdum. Evvelkinden daha gozel ve shirin idi.
Bir neche gun otdu. Onu evelki vaxtlardan daha chox dushunduyumu hiss etdim . Daha chox elage saxlamaga chalishirdim. Gece qaranligi gozleri ve ay uzu fikrimden chixmirdi. Sanki onu birincidi gorurdum. Ona vuruldugumu bilirdim artiq. Zaman kechdikce bunu mesajlarimda ister-istemez buruze verirdim, onu shubhelendirirdim. Amma hech vaxt bunu ona demeyi dushunmurdum chunki mene dost kimi baxirdi ve bunda chox getiyyetli idi. Bir axsham chox israr etdi. Istemeyerek demeye mecbur oldum. Heyatimda ilk defe bir qiza aciq-ashkar onu sevdiyimi soyleyirdim. Chox vaxt ilk sevgi ugursuz olur meseli bu defe mene aid idi deyesen. Meni yalniz dost kimi gorduyunu deyirdi.
Her gun ona yazirdim, o da meni cavabsiz qoymurdu ve her defesinde bu sevgi sohbetini baglamagimi xahish edirdi. Hech kimin sevgisine ehtiyaci olmadigini,sevgi hissinin ona yad oldugunu ve hech bir oglani seve bilmeyeceyini deyirdi. Umid vermek istemese de bezi mesajlarinda cuzi de olsa umid vardi. Bu xirdaca umidlerle nefes alirdim sanki. Sevdiyi qizin bir oglana onu dost kimi gorduyunu soylemesinin nece hiss oldugunu ancaq bunu yashayanlar basha dushe biler. Gunler kechir onun fikri deyishmirdi. Onu chox incitmirdim, adet olunmush sevgi mesajlari yazmirdim. Yalniz ureyimin mene soylediklerini ya da sirf ikimizin munasibetini eks etdiren mesajlar. Bu onu chox narahat etmirdi. Onu incitmek, chetin veziyyetde qoymaq heyatimda istediyim en son shey idi. Artiq ne edeceyimi bilmirdim, bu qeder charesiz oldugum yadima gelmir. Ona her defe ureyimi achdiqca, sevdiyimi, bize bir shans yaratmagini xahish etdikce menden daha da uzaqlashirdi. Bir soz verdim, artiq ona bu barede hech ne demeyecekdim. O meni dost kimi bilir mense onu sevirdim. Hele de sevirem… Sonunu bile-bile, hech vaxt “biz” olmayacagini bile-bile. Ureyim yorgun, Her bir umidini yarpaqlar kimi tokur. Geriye hech bir yarpaq-hech bir umid qalmayacaqmi? Umidsiz… hech bir shey qalmayacaq…

Sevdinmi hech, ya da sevildinmi? ellerini tutub uzune qarshi “seni sevirem” deye bildinmi?..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 329 Bölmə: Sevgi varmı?