beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYAYA USAQLARIN GÖZÜ ILE BAXAQ!

Uşaqlar heç vaxt yalan
danışmır..Onlar hiss etdiklərini
deyirlər..Biz böyüklər isə illərlə
yalan danışmağın yollarını
öyrənirik, rola
giririk..Böyüdükcə də
yalanlarımız artır.
Uşaqlar hisslərini
gizlətmir..Onlara ağrılı olanda
ağlayır,şən olanda gülürlər. Biz
isə qəlbimiz ağlayanda,
kədərdən boğulanda gülürük,
özümüzü şən göstəririk.
Uşaqlar ikiüzlülük etmir. Biz isə
acığımız gələn, hətta bəzən
nifrət etdiyimiz adamların
üzünə gülə bilirik.
Uşaqlar sadəcə dostluq edirlər.
Biz isə dost seçərkən də
mənafeyimizi güdürük.
Uşaqlar heç vaxt ətrafdakıların
nə düşünəcəyini fikirləşmir, bu
onlara vacib deyil. Onlar gülünc
vəziyyətə düşəcəklərindən
qorxmurlar. Biz isə həmişə
başqalarının fikirlərindən asılı
oluruq. Bizi yalnız maraqlandırır
ki, başqaları bizim haqda nə
düşünəcək, kiminsə xoşuna
gəlirik ya yox. Özümüzü yaxşı
tərəfdən göstərmək istəyi ilə
başa düşmürük ki,öz
fərdiliyimizi itiririk. Hamı kimi
oluruq.
Uşaqlar da sevirlər...Həm də
nəyəsə görə sevmirlər, sadəcə
sevirlər. Bəs biz? Yadınıza salın
ki sonuncu dəfə yaxınlarınıza nə
vaxt demisiniz ki onlar sizə nə
qədər əzizdir!
Uşaqlardan fərqli olaraq biz
möcüzələrə inanmırıq. Ona
görə də möcüzələr
həyatımızdan itir,yox
olur.Yoxdur möcüzələr bizim
həyatımızda. Əvəzində biz
başqalarının əsli olmayan
nağıllarına inanırıq.
Uşaqlar gölməçəyə baxarkən
orda səmanın əksini görür, biz
isə yalnız çirkli su görürük.
Uşaqlar çətində, qorxan zaman
kömək istəyir. Biz isə kömək
lazım olanda da özümüzü güclü
və cəsarətli göstərərək hər şeyi
özümüz etməyə çalışırıq. Ona
görə ki,zəif görünməkdən
qorxuruq...
Ən sonunda...Uşaqlar
oyuncaqlarla oynayır, biz isə
canlı insanlarla oynayırıq!
Gəlin özümüz kimi olaq.
Hisslərimizi açıq bildirməkdən
çəkinməyək. Gəlin yalan
danışmayaq, ikiüzlü olmayaq.
Gəlin çirkli gölməçədə də açıq
səmanın əksini görməyi
bacaraq.
Gəlin dünyaya uşaqların gözü
ilə baxaq!!!
Yaşınız neçə olarsa olsun çalışın
içinizdəki uşağı qoruyub
saxlayın
çünki ona hər zaman
ehtiyacınız olacaq.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi varmı?