beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Həmişə Varsan...

Birisi olacaq tebii.. Onunla danışanda tez-tez senin adını çekecem, sonra onu ne qeder incitdiyimin ferqine varıb üzr isteyecem, o ise “anlayıram” deyecek.. Seni misal getirecem her hadisede, “o ele ederdi”, “o bunu deyerdi” kimi ifadelerle seni unutmadığımı hiss etse de sözlerimde, içinde boğacaq hisslerini ve gülümseyerek yola verecek.. Men de yola verecem, sensiz bütün heyatımı.. Belke men de onun üçün birisi olacam, belke onun böyük, belke de ilk sevgisi olacam.. O sen olmayacaq, seni evez etmeyecek, ede bilmeyecek.. Her defe sözümüz düz gelmeyende, ya senli xatirelerde boğulduğuma dözüb-dözüb partlayanda dalaşacağıq, amma evden çıxıb teklikde gezdiyim anlarda, ondan küsülü ve ayrı qaldığım anlarda onun üçün deyil, senin üçün darıxacam.. Birisi olacaq, onu sevmeyecem, sadece tek qalmamaq üçün qebul ederek sevgisini, aldadacam özümü.. Onunla bige bele seni yaşayacam yoxluğunla.. Birisi mütleq olacaq belke, yanımda, daim, onunla yaşayacam seninle yaşaya bilmediklerimi, qelbimde daim senin sevgini yaşayaraq ağlayacam geceleri.. Her defe yaxınlaşıb niye ağladığımı ve niye siqaret çekdiyimi soruşacaq, bezen cesaret toplayıb “onu düşünürem” deyecem, belke de “heç…” deyib qucaqlayacam onu berk-berk, gözlerimden damla-damla axacaqsan, bütün qelbimle seni içime defn edib daim qebrin üzerinde göz yaşı tökecem.. Sen başqası ile xoşbext olacaqsan, menimde yanımda başqa birisi olacaq, bir daha heç vaxt seve bilmeyeceyime emin olsam da, ona belke bir gün onu seve bilerem deye ümid verib yanımda olmasını isteyecem, güman ki, qebul edecek.. Ona vere bileceyim her şeyi vermeye çalışacam, sevgisine qarşılıq, sırf senin mene qarşı etdiklerin kimi.. Ondan dünyaya gelecek qızımın saçlarında, gözlerinde axtaracam sene aid izleri, belke sene olan sevgime qarşılıq Allah mene sene benzeyen bir övlad verer deye ümidle gözleyecem daim senden olmasını arzu etdiyim qızımı.. Birisi menim heyatımın tamı olacaq, sevgimden başqa herşeyim olacaq.. Onunla boşluqları dolduracam.. Ona daim yalan danışacam, hetta gülümsemeyim de yalançı olacaq, o menim üçün sadece BİRİSİ olacaq, heç vaxt SEN ola bilmeyecek.. Birisi belke ne vaxtsa, olacaq, belke de senden sonra kimseye toxuna bilmeyecem, kimseye baxa bilmeyecem ve heyatımı seninle dolan bütün xatirelerimle yaşayacam sonadek, belke de birisi heç olmayacaq.. Yalnız ne qeder davam getirecem, bilmirem.. Eslinde men tek yaşamağa mehkumam, eslinde yanımda senden başqa bütün olanlar BİRİSİ oldu sadece.. Senden öncekiler senin axtarışların zamanı yolda qarşılaşdıqlarım, senden sonra olanlar sadece sensizliyin iztirabını unutmaq üçün vasiteçi.. Alınmadı, her ne qeder meni sevseler bele, sen ola bilmediler.. Her defe birisinin gözlerinde seni gördüm, digerinin saçlarında, başqa birisinin sesinde ve ya üz cizgilerinde mene seni xatırladan izlere rastlaşdıqca men izlerle qaldım, o izlerle seni unutmağa çalışdım, yeni izlere bağlanmaq istedim, amma bacarmadım.. Birisi olacaq deyirler, he.. Şekillerine baxacam ondan gizli, bezen işden çıxıb seni xatırladan yerlerde keçirecem vaxtımı, eve gec getmeyimin sebebi kimi “işim var idi” deyib yola verecem.. Menim üçün birisi olduğu zamanlarda sen haralarda olacaqsan? Belke başqası üçün sen de birisi olacaqsan, belke qarşılıqlı sevib bu defe xoşbext olacaqsan.. Qeribedir, deyirler qarşılıqlı sevgi xoşbextlikdir, amma meni mehz qarşılıqlı sevgiler bedbext edib.. Bir gün onunla yolda sene rast gelecem, tutmağa qıymadığım ellerinden başqasının tutduğunu görende keçireceyim hissleri tesevvür etmirem, amma geriye baxmaq hissi meni öldürecek.. Senin ise içini daim bir söz yeyib seni mehv edecek: Kaş.. Onda gec olacaq, çünki artıq o zaman senin de heyatında birisi olacaq.......


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 346 Bölmə: Sevgi varmı?