beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox Maraqlı Hekayə

Mart ayı gəlmişdi,
amma qızım hələ də oxumağa
başlamamışdı. Ev tapşırıqlarını
etməmək üçün min cür bəhanə
tapırdı. Əlimdən gəldiyi qədər
ona kömək edir, oxumağa
həvəsini artırmağa çalışırdım.
Ancaq heç bir irəliləmə olmurdu
ki olmurdu. Elə bil prinsipə
düşüb oxuma-yazma
öyrənməməyə and içmişdi.
Müəlliməliyin qazandırdığı
təcrübəmdən hər tərəfli istifadə
etməyə çalışırdım, amma heç
birinin faydası olmadığı üçün
daha da qorxuya düşürdüm.
Qızımdan bir yaş kiçik oğlum və
hələ yeddi aylıq olan övladıma
ayırdığım vaxtlardan oğurlayıb,
qızıma daha çox vaxt ayırırdım,
ancaq hər dəfə müəllimi ilə
danışdıqdan sonra qanadlarım
qırılırdı elə bil. "Bəlkə qızımıb
beyin inkişafı geri qalır?" kii
düşüncələrə qapılır və bu
səbəbdən də yaranan baş
ağrılarını sakitləşdirmək üçün
hər gün 2-3 ədəd dərman qəbul
edirdim.
O soyuq mart axşamı sönmək
istəyən sobanın yanında qızıma
heca-heca oxumaq öyrətməyə
çalışarkən, onun bivecliyi olan-
qalan səbrii də tükətdi.
Qollarından tutub silkələdib və
bapbalaca yanağına hələ də
yadııma düşəndə utandığım bir
sillə vurdum. Yanağı qıpqırmızı
oldu. Çaşqın, amma çox hirsli
baxdı üzümə. Ağlamamaq üçün
kiçik dodaqlarını tez-tez büzür,
baxışları qəlbimin dərinliklərinə
doğru ox kimi irəliləyirdi.
Səssizliyi mən pozdum. "Niyə?
Nazlı, qızım, axı niyə? Niyə
oxumağı öyrənməyə cəhd
etmirsən?"
Bir anlıq dayandı, sonra səsini
bütün kin və gücüylə "Çünki
mən oxumaq istəmirəm" - deyə
bağırdı. Eşitdiklərimə inana
bilmirdim. Yüksək səviyyəli
təhsil alıb, gözəl bir gələcəyə
sahib olacağını düşündüyüm
qızım, mənim, mən müəllimə
Əminə Özgəncin qızı "Oxumaq
istəmirəm" deyə qışqırırdı.
Çaşbaş qaldım və ümidsizcəsinə
"Niyə axı?" - soruşdum.
"Çünki, mən sənin kimi oxuyub,
müəllimə olub, uşaqlarımı evdə
tək qoyub işə getməyəcəm,
işləməyəcəyəm. Mən sadəcə
ana olacam."
Qızım danışmırdı, elə bil məni
sillələyirdi. Başım fırlanır,
gözüm qaralır, bu sözlərin
doğurdanmı öz qızıma aid
olduğunu başa düşməyə
çalışırdım. Bəli, bu sözləri mənə
7 yaşındakı qızım deyirdi.
"İnsan indi ölməz, bəs nə vaxt
ölər?" - deyə düşündüm.
Sanki birdən gözlərimin
qarşısında film pərdəsi açıldı və
kədərli bir kino lenti fırlanmağa
başladı. Yozqatın Noxudlu
Təpəsində, hər ora dırmaşanda
bu yolun heç qurtarmayacağını
düşündüyüm yoxuşun başındakı
heç zaman isidə bilmədiyim evi
xatırladım.
12 sentyabrdan sonra həyat
yoldaşımın (bir çox insanlarən
başına gəldiyi kimi) heç başa
düşə bilmədiyim şəkildə və
səbəblə tutulub həbsə
salınması. Aylarla həbsdə
olmağına baxmayaraq
məhkəmənin başlanmaması.
İllərlə uzanan və mənim,
həmçinin həyat yoldaşımın
hətta bəraət aldıqdan sonra da
niyə həbs olunduğunu
bilmədiyimiz məhkəmələr.
Baxa bilmədiyim üçün 9 aylıq
oğlumu Samsunda, anamın
yanında qoymağım. Baxıcı və
baxça xərclərini ödəyə
bilmədiyim üçün iki yaşındakı
qızımı hər gün işlədiyim
məktəbə aparmağım..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Sevgi varmı?