beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVIREM...NIFRET EDIREM...

Həyatımı sevirəm... Çünki 2ci dəfə belə həyat birdə məndə olmayacaq...
Valideynlərimi sevirəm... Çünki həmişə mənimlədilər...
Yağışı sevirəm... Çünki göz yaşlarımı onun köməyi ilə hamıdan gizlədə bilərəm...
Özümü sevirəm... Çünki yalnız MƏN bilirəmki MƏNİ necə SEVMƏK lazımdı...
Özüm kimi olmağı sevirəm... Çünki ayrı cürə olmağı bacarmıram...
Güclü olmağı sevirəm... Çünki zəifləri çoox görürəm...
Təkliyi sevirəm... Çünki onda ürəyimlə təklikdə qalıram...
Qaranlığı sevirəm... Çünki "Yanan işıq otağıma daşıyır sənsizliyi"...
Sənsiz olmağı sevirəm... Çünki gəlişini gözləmək gözəldi...
Sadə insanları sevirəm... Çünki onlarla keçirtdiyim hər bir dəyqədən zövq alıram...
Kasıb insanları sevirəm... Çünki onların 70%-ı MƏRD olurlar...
Gözlərə baxmağı sevirəm... Çünki heç vaxt məni aldatmırlar...
Səni sevirəm... Çünki sevgimi qazandın...


Nifrət Edirəm...
Zamana nifrət edirəm... Çünki onu dayandıra bilmirəm...
Göz yaşlarına nifrət edirəm... Çünki onlar zəifliyi üzə çıxarır...
Yalana nifrət edirəm... Ancaq özümdə hərdən yalan danışmağa məcbur oluram...
Saxta gülüşlərə nifrət edirəm... Çünki saxta insanları sevmirəm...
Xəyanətə nifrət edirəm... Çünki bağışlamayacağım yeganə səhv hərəkətdi...
Satqınlara nifrət edirəm...Çünki mənliyini qorumayanlara nifrət edirəm...
Ürəyimdəki boşluğa nifrət edirəm...Çünki o boşluğu dolduran yoxdu...
Ədalətsizliyə nifrət edirəm...Çünki həyat ədalətsizliklərlə doludu...
Məsləhətlərə nifrət edirəm...Çünki başqasının ağlı ilə getməyi sevmirəm...
Sənə nifrət edirəm... Çünki nifrətimi qazandın...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Sevgi varmı?