beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Ayrılıq Hekayəsi ...

Öncə susacaqsan qarşımda ! Heç danışmayacaqsan !
Yalnız küləklər danışacaq bizimlə , səssiz və bir sükut içində vaxt gəlib keçəcək.
Sonra çıxıb gedəcəksən səbəbsizcə , arxaya belə baxmadan !
Gürurumuda alıb aparacaqsan , əzilmiş duyğularımıda!
İtəcəksən gözümün qabağından,gedəcəksən gedəcəksən ...
Eynində ilk görüşdə geyindiyim libasım olacaq və cibimdə sənə yazdığım bütün şerlər ,
Sonra başın aşağı
Sonra günahkar
Sonra param-parça gedecəksən ...
Ağlamayacaqsan nədənsə ...
Yavaş-yavaş silinəcəksən və son ayrılığımız belə olacaq !
Görməyəcəm uzun bir müddət səni ,
Unutmuş olacaq bu ürək səni !
Çixmayacaqsan daha küçə başında qarşıma!
Bütün xatirələri silib atacaqsan ...
Həyat pilləkanlarını mənsiz , tək , tənha , yalqız çıxacaqsan !
Və vaxt gələcəkki mütləq deyecəksən :
“Belə oldu bizim sevgimizin sonu ...”


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi varmı?