beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peşmançılıq

Peşmançılıq
Həyat insanlara nə dərslər
verməmişdiki...Bilirdim...Məndə
dərslər almışdım
çox...Səhvlərimi
görürdüm.Amma
peşmançılıqların nə faydası ola
bilərdiki.Hələ birdə bu
peşmançılıqları qəbul
etməmək...Çox incilmişdim.İndi
isə incitmək növbəsi məndə
idi.Tək belə haqq qazandıra
bilirdim özümə.Yaralarım köz
bağlamırdı heç.Yaralarım
sağalsın diyə intiqam
almalıydım.Bu intiqamların bir
çox yaxşıları incitdiyini bilə-
bilə,özümün isə insanlıqdan
çıxmasına səbəb ola-ola nə
qədər
qəddarlaşmışdım.Hamıdan
almışdım mənə olunanların
hesabını.Rahat idim...Amma çox
yorğun...Gücsüz...Ruhsuz...Sənsiz
...Arxama çönüb baxmağa
cəsarətim yox idi.Geridə
buraxılmış uçurumlar...Səni belə
itirməyə razı olmuşdum.Səndə
buraxdığım izlər,bağlanmıyan
yaralar...Bəs mənim Yaralarım
beləmi dəriniydi..?!Axı çox
sevirdim...Amma bunları bacara
bilmişdim...Deməli mən insan
deyildim...Cəmiyyət,ətrafım,
satqın dostlarım belə etmişdi
məni.Və ailəm..!Ən çox dəstək
olmaqlarına ehtiyac duyduğum
anda itələmişdilər məni
kənara...Bu qədər sevgisiz
yaşamaq çətin idi...İnsanları
vəhşiləşdirən sevgisizlik
deyilmi..?!Kənara atılmaq
hissi,tənhalıq qorxusu...
Mən heç peşman
olmamışdımki...Bəlkə də sən
həmişə yanımdaydın deyə.Bir
gün gedəcəyin qorxusunu heç
hiss eləməmişdim bəlkə...Axı
sən heç mənnən
getməmişdin...Getdiyin gün isə
“bağışla” deyə
bilmədim.Etdiyim səhvlər
bağışlanılmaz idi.Bağışlanmaq
haqqını mən çoxdan
itirmişdim...Amma yenə deyə
bilmədim və sən getdin...!
Mənsə səhvlərimlə baş-başa
qaldım.Fəxr edirdim
özümlə...Əyilə
bilməzdim.Amma gecələrim
qorxulu filmlərə
çevrildi...Yuxularım
sənsizləşdi...Yorğan altında
başlıyan həyatımın çox göz
yaşına şahid oldu soyuq
yorğan.Mən isə nəhayətki
peşmançılıq hiss
edirdim.Peşman idim sözlə
deyilmiyəcək qədər.Amma nəyi
dəyişmək olardı.Çox gec atılan
addımlar məni uçurumun
kənarına qədər gətirmişdi.Son
addım qalmışdı uçurumnan
aşağı düşməyim üçün.Bir gün o
addımı atacağımnan çox
qorxuram...Ya sən tutmasan o
zaman məni...
Hər şey dəyişib
həyatımda.Təkliyi tam hiss eliyə
bilirəm iliylərimə qədər...Tək
dəyişmiyən isə Səni Hələ də Çox
Sevirəm...Amma sən heç
bağışlama məni.Bağışlamaki bu
mənim ən böyük cəzam olsun...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 183 Bölmə: Sevgi varmı?