beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GEDENE QAL DEMEYECEKSEN...

Həyat... Nələr öyrənmədim ki, səndən...?!
Həyat... Nələr öyrənmədim ki, səndən...?!
Öyrətdin ki...
Gedənə qal deməyəcəksən... Gedənə qal
demək - yazıqlara, dönməyənə dön demək -
acizlərə, layiq olana get demək - güclülərə
yaraşar... Heç kimə layiq olmadığından artıq
dəyər vermə, yoxsa dəyərsiz olan sən olarsan...
Düşün... Kim incidə bilər səni, səndən başqa?
Kim doldura bilər içindəki boşluğu, sən
istəməsən? Kim xoşbəxt edə bilər səni, əgər
sən hazır deyilsənsə? Kim sevər səni, sən özün
özünü sevməsən? Hər şey səndə başlayıb,
səndə qurtarır... Yetər ki, ürəkli ol! Tükənmə,
tükətmə, tükətdirmə içindəki yaşamaq
sevgisini...
Ya çarə sənsən, ya da çarəsizsən...
Elə bir həyat yaşadım ki, cənnəti də gördüm,
cəhənnəmi də... Elə bir eşq yaşadım ki, aslı
olmağı da gördüm, əl çəkməyi də... Bəziləri
seyr edərkən həyatı ən qabaq tərəfdəki
sıradan, özümü səhnədə tapdım və oynadım...
Elə bir rol verdilər ki, mənə - oxudum,
oxudum, anlamadım... Öz-özümə danışdım
bəzən evimdə... Həm əsəbləşdim, həm güldüm
halıma...
Sonra dedim ki, söz ver özünə...
Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən!
Sevilmək istəyirsənsə, əvvəlcə sevməyi
biləcəksən!
Uçmağı bilirsənsə, yerə düşməyi də
biləcəksən!
Qorxaraq yaşayırsansa həyatı, yalnız seyr
edəcəksən!
Unutmayaq ki, əgər həyatın şirinliklərini qəbul
ediriksə, onun aclarını da qəbul etmək
məcburiyyətindəyik...


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi mesajları