beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cek Gozlerini.....

Baxma gözlərimə, gözlərimə baxma…
Donmuş ruhun içində qıy cəkmiş çağlayan
dənizlərin, fırtınaların iniltisini görürəm...
Gözlərimə baxma....
Çək gözlərini gözumdən, təaqəti yetmir
inildəyən ürəyin baxışını izləməyə...
Mən cəkə bilmirəm, yerindən oynada
bilmirəm heykəl olmuş göz bəbəylərimi....
Nəyin ki, üzümü cevirib gedə bilim...
Sən ki bunu bacarırsan.... Ey gözlərini
mənə tikmiş gözlərimin sahibi....
Çək gözlərini gözümdən, qoy bu yoluma
davam edim...
Gözlərimə tikilmiş, bir cüt gözə arxa dönüb
onları tərk edə bilim...
Səssiz eşidirəm gözlərindən
sözlərini....daxilində nə baş verir mən
görürəm gözlərini...
Nə olar...Ey gözlərini mənə tikmiş gizli
eşqin sahibi, cək gözlərini....
Poz bu sükutu, poz bu xəyalları, poz bu
göydən yerə nur tək yağan gözə görünməz
yağışları, leysanları...
Çək gözlərini gözümdən, qoy qıy cəkmiş
ağlaq təbiət öz səadətinə qovuşsun...
Çək gözlərini gözümdən, dənizlər ləpələrlə
ovunsun....
Çək gözlərini, baxma gözlərimə, yetər bəsti
daha qoy bizimdə ürəyimiz ovunsun....
Çək gözlərini gözümdən, donmuş zamanın
yatmış saatı yenidən əqrəblərinə
qovuşsun...
Çək gözlərini məndən, sən cək ki, məni
sevənlər, sənin həsrətindən ölənlər ümid
yolundan qoy gözlərini cəkməsinlər...
Gözlərimə baxa-baxa yum gözünü, qoy
sevilən kipriklərin bir-biri ilə qovuşsun...
Çək gözlərini gözümdən....
O qədər söz deyir ki gözlərin, dayanmaq
gücü yetmir gözlərimin...
Sanki gözlərində görürəm yanmış ağacın,
qırılmış ürəyin iniltisini, kədərini....
Sanki gözlərindən oxuyuram qələmsız
yazıcının yazdığı boş səhifələri....
Sanki duyuram qarşıdan gələn leysana
bənzər göz yaşlarını...
Sanki hiss edirəm o gözlərin məni hec vaxt
buraxmayacağını....
Çək gözlərini gözümdən....Çək...
Çək gözlərini gözümdən....Qoy yoluma
davam edim..


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 114 Bölmə: Sevgi mesajları