Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurursuz Sevgi

Sən heç birini unutmaq məcburiyyətində qalıb ondan sonsuza qədər vaz keçdinmi? İçin yana yana canından can itirdinmi? ONU öldü sanıb özünü bu yalana inandırmaq məcburiyyətində qaldınmı? Sankı birdən qapı döyüləcək və o gülümsəməsiylə içəri girəcək deyə xəyallara dalıb birdən bunun xəyaldan otağa gəlməyəcəyini anladıgın zaman oldumu heç? Dəli kimi darıxmaq amma bir saniyə olsun belə görə bilməmək... Tuta bilməmək o əllərini... Yardan yara almaq nə qədər acı ya Rəbb! Ümidsizcə ONU axtararsan hər dəfə. Getdiyiniz yerləri məskən edərsən özünə. Bir ümid daşıyarsan içində "Bəlkə gələr" deyə Bəlkə darıxdığın görmək istədiyin o üzü yenə görərsən deyə... Yalnız bir ümid... Kiçik amma dunyalara əvəz bir ümid... Nə çətindir deyilmi yalnız bir ümidə baglı qalmaq...? Nə çətindir deyilmi.... Heç olmaq? Sənə bunları yaşadan birinə nifrət edə bilməmən oldumu heç? Onu içində yaşatmaq üçün özünü qurban verdinmi heç səni heçə sayan birinə?


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi mesajları
loading...