beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz Eşqi Kime Emanet Edirik?.

Sevginin aclığı sardıqda bedenimizi, bir az şımartılmak isteyince ruhumuz, üreyimiz birine aldanmaq isteyince, başqa bir üreyin içine saxlanıb bu dünyadan uzaqlaşma hesreti çoxalninca; qarşımıza çıxan ilk işığa bir deyer qatiriq.

Var edirik yox olanı, olmayanı oldururuq. Sifetler yükleyirik qarşımızdakının xeberi olmadan, kimseye demediyimiz xeyallar qururuq..

Birine, heç de layiq olmadığı deyerler veririk. Üstelik onların bele bir telebi olub olmadığını bilmeden! Ssenarini biz yazıb, filmi biz çekib, aktyorluğunu da biz edirik.

Eslinde ehtiyacımız olan şeyi unudub, qurduğumuz binanı bezemeye başlayırıq. Bir evi dekorasiya eder kimi, ferqli renglerle boyayiriq; perdeler, yastıqlarla şenlendiririk. Yaxşı da, zelzele olunda ne olacaq? Bu binanın temeli möhkem deyil ki! Üstelik ehtiyacımız olan şey bina da deyildi! Bütün bunları ederken, esl olanı, yeni sevgiye olan ehtiyacımızın doyurulması lazım olduğunu unuduruq.

İnandırıriq üreyimizi, öz qurduğumuz xeyala. Ağılımız arada bir xeberdarlıq edir bize, sesini eşitmemeyi seçim edirik. Çünki elimizde imiş kimi etdiyimiz, eşq sandığımız,sadece bizimle elaqesi olan biri olur.Bütün bunlar çatmır; bir de heyatımızın merkezine oturturuq o insani. Her şeyimizi ona göre nizamlayırıq. Gereksizce fedakar, istenilmediği qeder verici, çoxca yaxşı oluruq.

Hamısının üstüne istediklerimiz gelir. Öz inşa etdiyimiz binanın xüsusiyyetlerinden şikayet edirik. Isteklerimizi tam olaraq qarşılamadığında şikayetlenirik.

Sonunda gözlenilen olur! Xeyal qırıqlıqları, can ağrısı gelib çalır qapımızı. Üreyimizde bir yara daha açılır. Bağıririq sonra, sebebin ne olduğunu anlamağa çalışırıq. Cavabını tapa bilmirik.

Bir az zaman keçir. Küllenir içimizdeki ateş, sakitleşib öyreşirik. Heyat köhne halına dönür. Sevginin aclığı yene qucaqlayır bedenimizi. Tam da bu vaxt, biriyle tokuşur yollarımız. Ve sil başdan, yeniden eyni oyunları oynayırıq, bir oyunun içinde olduğumuzu bilmeden. Biz eşqi kime emanet edirik?


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 201 Bölmə: Sevgi mesajları