Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə Izah Edə Bilmədiyim Duyğularım

Bəzi duyğular vardır izah edilə bilməz aydın olar sadəcə.

Sevənin sevdiyini bilməsi qədər sevilən də anlar sevildiyini.

�

Sevgi hər vaxt müəyyən sözlərlə deyilməz. Çox zaman bir baxış betər yetər..

.....Yer üzündə heç bir qüvvət insanı sevmə haqqından saxlaya bilməz.

�

Sevmək çox vaxt var olmaqdır. Sonda bizi yox olmağa aparsa belə.

Mən indi varam və səni sevmək haqqımı istifadə edirəm.

�

Sən belə buna qarşı çıxa bilməzsən.

.....Sənə gələnə qədər sonu gəlməz bir axtarış idi sevgilərim.

�

Bir zaman başqalarında axtardım səni başqa üzlərdə, başqa əllərdə axtardım.

Aldandım lakin bir gün səni tapmaq ümidini itirmədim .

�

Necə olsa gələcək idin bir gün. Və budur gəldin !

Mənə dadmadığım kədərləri daddırmağa,bilmədiyim kədərləri öyrətməyə gəldin .

�

..... Bir gün yaşamanın gərəksizliyini də səndən öyrənəcəyəm.

Bu selin axışını heç bir şey dayandıra bilməz artıq .

�

Ümid etmədiyim və ümid etmədiyin bir anda çıxışın qarşıma ....

Coşğun çaylar kimi amansız sellər kimi gəldin mütləq yıxaraq və məndən bir çox şeyləri bərabərində sürüyərək gedəcəksən.

�

Bax o zaman yoxluqların ən dözülməzi ilə qarşı-qarşıya qalacağam .

....

�
Gəldin! İndi hər şey gözədir səninlə ...


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi mesajları
loading...