beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşq Yoxsa Sevgi ?

"Eşq ikidir sevgi bir; Eşq yalan, sevgi gerçəkdir. Eşq sudur, sevgi susuzluq. Buna görə sevgi həsrətdir, Darıxmaqdır, gözləməkdir. Əsl məharət: Susuzkən suyu içmək deyil Qarşısına keçib seyr etməkdir. Eşq qışqırmaqdır, sevgi ağlamaq; Eşq açmaqdır, sevgi qatlamaq. sevgi saxlamaqdır Ürəyini, gözlərini Və də əllərini saxlamaq Bahar gəldiyində ...; Bir çiçəyə, yaşıla, çəmənə Aşiq olmazsan amma sevərsən. Dostuna aşiq olmazsan amma sevərsən. Torpağa fidanı eşqlə deyil Sevgiylə tikərsən. sevgi üçün ölünər, eşq öldürər. eşq qısqancdır, nankordur Sevgini öldürər . Eşq Qabil '; dir, sevgi Habil. Eşqlə sevgi əslində qardaşdır Ataları insandır, Adəm'; dir eşq üçün şeirlər yazarsan, Mahnılar edərsən; Sevgini izah edə bilməzsən. Çünki ürəyinə sığdıra bilməzsən. Ürəyini eşqə bağlaya bilərsən Amma sevgiyə bağlaya bilməzsən sevgi gizli, eşq aşkardır. Üz verməyincə unudarsan Sən aşiqəm deyə daha özünü aldat. Dedim ya sevgi gerçək, eşq yalandır. Dahası da var: Eşqin gözü kordur, Çox naz aşiq usandırar; Eşq oyun, aşiq oyuncaqdır. sevgi isə həyatdır, həqiqətdir. Eşq tələsikdir, sevgi üsul üsul səbirlidir. Tələsik işə həm şeytan qarışar. Eşq qızdırmalıdır Çünki xəstəlikdir. Sevgi ilıqdır Çünki sağlamdır.


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi mesajları