beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bawa Duwdum..

Bu qədər zaman mənə izah etməyə çalışdığını,
Özümü tapdığımda Başa düşdüm...

Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış..
Öz yolumu çəkdiyimdə Başa düşdüm...

Bir tək yaşanaraq öyrənilərmiş həyat,oxuyaraq, dinləyərək deyil..
Bildiklərini mənə niyə izah etmədiyini, Başa düşdüm...

Ürəyində eşq olmadan keçən hər gün itkinmiş…
Eşq arxasından niyə ayaqyalın qaçdığını Başa düşdüm...
[center]
[center]Ağrılı dönəmə çatdığında gözyaşı gəlməzmiş gözlərdən,
Niyə heç ağlamadığını Başa düşdüm...

Ağlayanı güldürə bilmək, ağlayanla ağlamaqdan daha qiymətliymiş,
Gözyaşımı qəhqəhəyə çevirdiyində Başa düşdüm...

Bir insanı hər hansı biri qıra bilər, amma bir tək ən çox sevdiyi ağrıda bilərmiş,
Çox ağrıtdığında Başa düşdüm...

Lakin, layiqmiş sevilən onun üçün tökülən hər damla gözyaşına...
Gözyaşlarıyla birlikdə sevinclər tərk etdiyində Başa düşdüm...

Yalan danışmamaq deyil, gerçəyi gizləməməkmiş bacarıq,
Ürəyini əlimə qoyduğunda Başa düşdüm...



"Sənə ehtiyacım var, gəl ! " deyə bilməkmiş güclü olmaq,
Sənə "get" dediyimdə Başa düşdüm...

Biri sənə "get" dediyində, "qalmaq istəyirəm" deyə bilməkmiş sevmək,
Get dediklərində getdiyimdə Başa düşdüm...

Sənə sevgim ərköyün bir uşaqmış, hər düşdüyündə zırıl-zırıl ağlayan,
Böyüyüb mənə sıx sarıldığında Başa düşdüm...

Üzr istəmək deyil, "bağışla məni" deyə qışqırmaq istəməkmiş peşman olmaq,
Həqiqətən peşman olduğumda Başa düşdüm...




Və qürur - itirənlərin, acizlərin maskasıymış,
Sevgi dolu ürəklərin qüruru olmazmış,
Ürəyimdə sevgi tapdığımda Başa düşdüm...

Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş bir gün bağışlanılmağı,
Məni bağışlamağını ölərcəsinə istədiyimdə Başa düşdüm...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi mesajları