beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bagiwla

Xeyala dönsə də sənli günlərim,
Hər an ürəyimdə yaşayır adın
Sənsiz xəzan vurub, solur güllərim,
Onlara xoş ətri sən bağışladın

Onlara xoş ətri sən bağışladın,
Sənsiz təbiət də geyinib qara
Hələ cox gülləri yaşadacaqdın,
Bir de hara getdin, axı sən hara?

Bir de, hara getdin, axı sən hara?
Güllər də axtarır daim yerini
Getmisən gözümdən cox uzaqlara,
Mən indi bilirəm sənin qədrini.

Qədrini mən indi bilirəm sənin,
Sənsiz ömür sürmək mümkün ha deyil.
Qarışıq düşübdü düşüncələrim,
Ötənlər, ötənlər qəlbimi didir?

Sıxırmı qəlbini ötənlər indi,
Geçələr yuxuna girirəmmi hec?
Xətasız qul olmaz – günah mənimdi,
Sevgilim, bağışla günahımdan kec.

Bağışla, sevgilim, kec günahımdan,
Dön geri, qayıt gəl, sevib-sevilək,
Əl götür bu tərslik, bu inadından,
Sevgili dünyaya yenidən gələk


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi mesajları