beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heç Düşündünmü ?

Fərz et ki gözlərin görmür heç bir yeri, görmədiyin üçün izah edə bilmirsən o gözəl gülləri, amma kiminin var belədir, kor gözləri
Heç düşündünmü, görmə üzürlü olsaydın həyatın necə dəyişərdi…

Kiminin qıçı yoxdur, ayaqda dayana bilsin, kimi də eşidə bilmir nəyi necə eşitsin, borcudur hamınin, onlara yardım etsin,
Heç düşündünmü, sən də üzürlü olsaydın necə olardı

Bax bunun da qolu yoxdur, qıçı şikəstdir, yenə də dəyənəyiylə gəzir, özündə taqət tapır, onun elə yaşaması çətindir, bilirsən amma
Heç düşündünmü, sən də belə yaşasaydın…

İnan kimsə istəməz əskik olsun bir yeri, itirilincə aydın olur hər şeyin dəyəri, bu bədəndən nə qopsa gəlməz ki əsla geri .
Heç düşündünmü, əskik bədənlə yaşasaydın…

Taleh sənə də qəflətən yumruğunu endirə bilər, ömrünün baharı pivəndə saralıb sola bilər, fələk sənə də əbədi bir cəza kəsə bilər
Heç düşündünmü sən, bunları yaşamadan…

Heç sınadınmı təkərli kürsüdə qaçmağı, sınadınmı gözlərini bağlayıb ətrafı görməyi,sınadınmı qolların bağlı birinin sənə yemək yedirməyini
Heç düşündünmü, bu hallara sən də düşsəydin…

Bu gün sağlamsan və xoşbəxtsən bəs sabah…
Bu gün danışa bilirsən bəs sabah…
Bu gün qaçıb oynaya bilirsən bəs sabah…
Heç düşündünmü sən, sabah nə olacaqsan…
Otur düşün.
Necə zəngin olduğunu anla.
Şikayətlənməkdən əl çək.
Həyatdan dad almağa çalış.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi mesajları