beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YENE DARIXIRAM....

Yenə darıxıram səndən xəbərsiz...
 Sən başqa dünyalarda, yad duyğularda
 Sadəcə dostluğumda...məndən uzaqda
 Urəyimdən, hislərimdən xəbərsiz...
 Mənsə sənli xəyallarda...
 Ruhum sənsiz....
 Yenə darıxıram səndən xəbərsiz...
 ***

 Yenə qarşılaşırıq eyni dəhlizdə..
 Toxunuram çiyninə guya bilməzcə
 Yenə rola girirəm,guya özümü itirirəm
 Sirf gözlərinin içinə baxaraq üzr istəyim deyə...
 Üzünə tökülüb cox sevdiyim sarışın telin
 Həmişəki kimi gülümsəyir gözəl gözlərin
 Yenə aramıza sədd cəkdi siz və biz
 Yenə darıııxıram səndən xəbərsiz...
 ***

 Yenə gecə düşdü.. ay pəncərəmdə
 Boyandı otağım xəyalını etdiyim rəngdə
 Yenə yatağıma iki balış qoydum...
 Biri məlum mənim,biri məchul sənin
 Əllərim gəzdi o boşluqda..səni axtararaq
 Bilirsən nə istədim ey gözəl varlıq ?
 Saatlarca nəfəs belə almadan sən yatarkən səni seyr etməyi...
 Məsum üzünü, yuxuda ikən uşaq kimi gülümsəyən incə dodaqlarını, xumarlanmış gözlərini...
 Bəlkə də ,heç görmədiyim,amma xəyalını eydiyim incə bir xalını..gözəl simanı
 Hə əzizim...mən bunu istədim səbrsiz...
 Yenə darıxıram səndən xəbərsiz...
 ***

 Yenə dinlədiyim mahnılarda səni axtarıram
 Sənə göndərirəm ki,bəlkə nəsə anlayasan...
 Yenə sarsılıram mənə yazdıqlarını oxuduqda
 “Çox sag olun,mən eynilə belə bir mahnı axtarırdım biri üçün )”
 Yox yoooox,qaytar geriiii.
 Mənim sənə hisslərimdi o mahnılar ((
 Sənə verdiyim hisslərimi özümə qaytar...
 Özümə....
 Hec zaman mənim olmayacaq mələyim...
 Yenə dinləyirəm həmin mahnını səssiz səmirsiz...
 Yenə darıxıram səndən xəbərsiz...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi mesajları