♥Sən Məni sevməsən də olar♥
 Mənə ilk sevgi hissini yaşatdın, ürəyim sənin sevginlə gündən günə böyüdü, gündən günə əl çatmaz oldu, ürəyimi böyüdüb getdiyin üçün çox sağol...
 ♥Sən Mənim üçün darıxmasan da olar♥
 Mən səndən əvvəl də darıxırdım, səndən sonra da darıxacam, mən dəyişmədim, hər zamanki darıxan birisi oldum yenə də, məni yenidən darıxdırdığın üçün çox sağol...
 ♥Sən Mənsiz deyib gülsən də olar♥
 Çünki gülmək sənə çox yaraşır.......
 Hər zaman gül, həyat sənə gülməsə də sən həyata gülümsə, çünki həyata gülmək yaraşmır... Qoy həyat ağlamağında olsun, ama sən inadına gül!!!
 ♥Sən Məni incitsən də olar♥ 
 İnsan ürəyi inciyərək, acı çəkərək böyüyür... İnsan acı çəkərək həyatı öyrənir, həyatı qavrayır... Acı çəkmək də bir sənətdir, bu sənəti mənə öyrətdiyin üçün çox sağol... ♥
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi mesajları