beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xowbext Ol

Heç vaxt tək qalmayın. Ətrafınızdakı insanlarla ünsiyyət yaradın, qonaq çağırın və özünüz də qonaq gedin. Ünsiyyət xoş təəssürat yaratmaqla yanaşı, həm də tək qaldığınız anları lazımınca dəyərləndirməyə imkan verir.

Kitab oxuyun və kinoya baxın. Bu, sizin başınızı qarışdıracaq, sakitləşdirəcək. Qəhrəmanların yaşadıqlarına həyəcanlanmaq isə emosiyalarınızı artıracaq. Onu da qeyd edək ki, kinonun və ədəbiyyatın şedevrləri istənilən şəxsə müəyyən sahələrdə inkişaf etməyə imkan yaradır.

İşinizi sevin. Doğrudur, indi işlə təmin olunmaq çox çətindir, bu, öz yerində. Amma bir halda ki, siz bu işlə məşğulsunuz, mütləq onu sevməyə çalışmalısınız. Buna nail olmaq o qədər də çətin deyil.

Pul qazanın. Ola bilər ki, sizin yoldaşınız, yaxud atanız zəngin insan olsun. Amma bu, sizə pul qazanmağa mane olmamalıdır. Maddi sərbəstliyiniz onlarda sizə qarşı hörmət yaradacaq.

Ürəkdən yeməyi öyrənin. Hər hansı bir səbəbdən nəyisə yemək olmazsa, onu yeyə biləcəyiniz bir şeylə əvəz edin. Unutmayın ki, kökəlməmək üçün yeganə yol aclıq deyil.

Özünüzə fikir verin. Gözucu olsa da, dəb tendensiyalarını izləyin, dükanları gəzin. Tez-tez vanna qəbul edin, üzünüzə, saçınıza maskalar qoyun. Unutmayın ki, xarici görünüş uğurun 50 faizini təşkil edir. İnsanın geyiminə görə qarşılanıb, ağlına görə yola salındığını hər an xatırlayın.

Həddən artıq həssaslığa yol verməyin. Kənardakıların sizin haqqınızda nələr düşünməsinə çox fikir verməyin. Başqalarının fikrindən asılı yaşamaq dəhşətdir.

Bağışlamağı bacarın. Özünüzü də, başqalarını da. Bütün insanlar zaman-zaman səhvlər edirlər və hər kəsin yeni bir şansa hüququ var.

Sevin. Hisslərimizin qarşılıqlı olmasına o qədər də aludə olmadan insanları, təbiəti sevsəniz və bu hissi dəyərləndirsəniz, çox xoşbəxt ola bilərsiniz.

Qarşınıza məqsədlər qoyun. Nə istədiyinizi aydın təsəvvür etsəniz, məqsədinizə çatmaq da asanlaşacaq.

Diqqətli olun. Bəzən ətrafınızdakı insanlar sizdən çox adi şeylər umurlar. Yanınızdakı insana bir stəkan çay süzməklə onu məmnun edə bilərsiniz. Ümumiyyətlə, yalnız özünüz haqda düşünmək, başqalarını unutmaq xoşagələn hal deyil.

Sevinməyi bacarın. Günəşli hava, rəngli şarlar belə sizi sevindirməlidir. Gülümsəyin! Axı bizim bütün həyatımız bu xırda məqamlardan, kiçik sevinclərdən ibarətdir. Və əgər yaşayırsınızsa, bunun özü elə böyük bir xoşbəxtlikdir!
Tanrı insanlara yaratdığı bütün canlılardan fərqli bir quruluş verib. İnsan ən gözəl məxluqdur. Lakin bəzilərimiz bu gözəlliyin qiymətini bilmirik. Başqalarının gözündə gözəl görünməyin ən əsas yolu ilk növbədə özünü sevməkdir. Elə isə, gəlin, özümüzü sevməyi və özümüzə hörmət etməyi öyrənək və təbii ki, gözəlləşək...

# Azərbaycan qadınları tək gözəlliklərilə deyil, evdarlıqları ilə də seçilirlər. Yaxşı yemək bişirmək bizim qadınlar üçün heç bir zaman çətinlik törətmir. Bu məharətinizlə seçilmək istəyirsinzsə, bişirdiyiniz yeməklərin rəngarəngliyinə fikir verin. Daim eyni xörəkləri yemək xoş olmadığı kimi, bişirmək də xoş deyil. Burada bişirdiyiniz yeməyi süfrəyə vermək qabiliyyətiniz də az rol oynamır. Adi kartof püresini süfrəyə bəzədilmiş şəkildə versəniz, necə gəldi qoyulmuş plovdan yaxşı nəticə alarsınız.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Sevgi mesajları