beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artıq.. Sən.. Mənimsən...

Bu səhər erkən oyandım….Çünki yenə məni axtarırdı gözlərin….Bilirsən heç axşam da yatmamışdım…Nəsə daxilimdə bir sakitlik vardı..Elə sakitlik ki mənim qaranlıq həyatımda işiq saçan sakitlik..Çünki…insan qaranlıqda olanda daha rahat..daha sakit…olur..Bu gün yenə çox fikirləşdim mənə verdiyin… 3 sualın cavabını deyirəm…Yenə..gözəl səhər açılır, yenə gözəl gün doğur… Bax buna sevgi deyirlər…


Dağınıq otaq…siqaret tüstüsü... stolun üstündə çay…əlimdə firça…ancaq bir dəyişiklik var idi…mahnımız…Sevgimizin notasını bu dəfə Bethoven "Lunnaya sonata" yox Shopen çalır…”Lento kon qran minor”



(Tehmine ve Zaur filmində olan musiqi)…..Ancaq bilirsən bu dəfə nəsə bir yeniliyin olacağına inaniram... Çünki bilirəm ki….sən mənim olcaqsan…Ancaq ..Yenə də darıxıram sənin üçün…Nə isə bu dəfə də başlayıram yaratmağa …Ancaq bu dəfə sənin gözlərin də gülür …..Məncə artıq…Bu sevginin gücüdür...


Doğurdanda çox maraqlı alınır, qəmli gözlər gülür…Günəş şəklinin üzərinə düşür..Üzündə sanki günəş doğur….Yeniliklər getdikcə çoxalır artıq səni çəkərkən…Fırça mənim idarəm altında olur...Ancaq fikrim özümdə olmur...Çünki mən səni çəkərkən dünyadan qopur….Öz kiçik, iki nəfərlik dünyanın içinə daxil oluram…Ancaq qorxuram ki birdən sən gəlmərsən…Yatarkən belə… çox məsum…həyatdan qopmuş..sakit..görsənirsən..Elə bil ki sən bu dünyanın adamı deyilsən…Artıq az qalır səni qurtamağa… "Mənimsən",- deməyə az qalıb… "Bu mənim dünyamdır",- deməyimə az qalıb…


..Ancaq bilmirəm gələrsən, ya yox….Ötən hər dəqiqə səni mənə yaxın edir……və ….sənin gözlərini fəth edə bilirəm, bu çətin olur, ancaq ….alınır…və…rəsmini sonlandıra bilirəm…Artıq biz bu dünyada deyilik…artıq sən mənimsəm…mahnımız..axıra kmi çalır…və sona çatır…şəklin sona çatır….və dünyamız açılır….


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 136 Bölmə: Sevgi mesajları