beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saxta Ashiqe Son Mektub...

Sensizlik ve men. Sen ise sessizlik kimisen. Vaxt var idi, bir-birimizi tamamlamağa çalishirdiq. Ele bil bu sevginin odunda alishirdiq. Alishdiqca yanirdiq, kül olurduq. Sübh çaği güneshin qalxmasini gözleyen teravetli gül olurduq. Bir zaman oldu, bu teravetli gül soldu. Menimse gözlerim deyil, könlüm yashla boshaldi, doldu. Ağlayan gözlerim deyil, senin hesretinle yanan üreyim oldu. Boğazim qurudu, dilim tutuldu. Sözlerimse, qefesden qurtulmush bülbül kimi uçaraq xeyallar budağina qondu. Xeyallarda seni ovutdu, menim deyil, senin göz yashlarini qurutdu. Qurutdu senin saxta göz yashini, ovutdu menim sirdashimi, yeni üreyimi, qelbimi, apardi özü ile kederimi, qemimi.
Bu qem, bu keder... Bir vaxt gelecek, olmayacaq heder mene çekdirdiyin ezablar. Ömür refinde dağiniq kitablar, her kitabin öz xatiresi, her xatire yashanmish bir an.
Gün gelecek, gelecek zaman, sixacaq seni o xatireler. Bundan bashqa daha neler, neler...

Imza: Saxta mehebbeti qurbani

Müellif: ÖZÜM


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 199 Bölmə: Sevgi mesajları