beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İçimdəki SƏN...

Sən...
Həyatımdakı məNi yaşadan Sən... Sən... Sən...
Sən olmayanda həmişə nə isə yarım qalır sanki.
Qolum qırıq...Yaralı bir sərçə kimi inildəyirəm sənsizlikdən.
Qəlbim qırıq bir cam kimi param-parça.Bədənə batan şüşə kimi qan ağlıyıram sənsizlikdən.
Beynim durub sanki.Bitməsi çətin olan sınaqlarla üz-üzəyəm.
Sənsiz heç bir çətinliklər həll olmur.Sənsiz nə haldayam bir görsən?!
Bəlkə də "əvvəllər mən yox idim.Sən yaşamırdın mı?! " deyə soruşacaqsan.
Ama mən əvvəl də yarım idim.Sən gəldin qaranlıq dünyama.Tam oldum.
Hər günüm , hər anım dəyişdi.Bir almanın iki yarısı deyillər.Bax biz elə idik.
Ama indi sən yoxsan.Mən yenə yarımam.Sənsizlikdən boğuluram.Sanki indi heç bir əlac sənsizliyin əzabını , iztirabını azaltmır.Heç kəs səni əvəz etmir.Sən mənim canım idin.Hər canın yandığında mən də üzülər , nə çəkdiyini demədən bele nə hiss etdiyini anlayardım.Lakin nə edək ki sən məni sevmədin.Həmişə aramızda bir sərhəd olurdu.Səninlə yolda gedərkən digər sevgililərə baxıb həsrət aparırdım.
Ama sən utanardın əlimi tutmağa.Üzün qızarar , məNi boynu bükük görəndə pis olardın.
Ama mən səni hər halınla sevdim.Çünki səni sən olduğun üçün sevirdim.
İndi isə boğuluram sənsizlikdən...Sükutundan...
Darıxıram o şirin gülüşlərimiz üçün...
Darıxıram o bütün səninlə keçirdiyim günlərimiz üçün...
Darıxıram içində Sən olan hər an , hər dəqiqələrimiz üçün...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 145 Bölmə: Sevgi mesajları