beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutduğum..

Sonunun gəlməsindən qorxduğum romanın sonunu özüm gətirdim. Oxuyarkən suallarla başlayan ,vergüllərlə davam edən,. sonunu isə özüm gətirən əsər idin Könül evimin ta başında durarkən ,indi isə səni o evin qapısının kəndarında görürəm. Ən yüksəkdəykən, ən aşağılara enməyi sən seçdin. Bunu necə bacardın bilmirəm.
SƏN...Bir vaxtlar gəzdiyin torpaqda yeriyən MƏN.İndi isə o torpaqda sürünən sən.Əvvələr o gözlərdə ölüm belə şirin ikən, indi o gözlərdə şirin həyatda mənasısdı.İndi düşünürəmdə;Sənmiydin məni incidən yoxsa, mənmiydim özümü incidən.Sənmiydin məni həyatdan bezdirən yoxsa, həyatdan getmək üçün səni bəhanə edirim.Dünyanı aö qara görsədən sənmiydin yoxsa, aləlvan dünyanı mən ağ qara görürdüm.Sənmiydin gündüzlərimi gecə edən yoxsa, mənmiydim gecələri sevdiyim üçün gündüzləri görmeyən.Bilmirəm sənmiydin yoxsa mən, məni hər şeydən əl üzdürən.
Ama çox sağ ol; sağ ol ki ,sən içimdəki səni məndəndə tez öldürdün.Əvvəllər gündüzlərimi zülmət qaranlıq edərdin, indi isə gecələrimdə də bir aydınlıq görürəm.Və, səndən son istəyim bir daha dönmə, mənim üçün ölmüsən bir daha ölmə.Ah, bilirsən canım mənim böyük sevgim o, sənlik deyildi.Sənin kimisini bağışlamaq buda, mənlik deyildi.Və, sənə son sözüm...SƏN...Yoxluğunda var olan varlığında unudulan biri idin. Yaxşı ki, həyatımdan gec olmadan getdin.


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Sevgi mesajları